Sizin Reklam Burada
Xəbər lenti
02-10-2025
01-10-2025
BÜTÜN XƏBƏRLƏR

Məzahir Pənahovun oğlu hamilə arvadını vəhşicəsinə döydü - FOTO

Tarix: 02-05-2025 15:38     Baxış: 3152 A- / A+
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov zorakılıqda ittiham olunur.
Manevr.az Haqqın.az-a istinadla xəbər verir ki, zorakılıq ABŞ ərazisində törədilib və ona məruz qalan qadın Azərbaycana qaçaraq həyatını xilas edib.
38 yaşlı H.P. Məhəmməd Pənahovla 28 iyun 2022-ci ildə Bakıda ailə həyatı qurub. Cütlük bundan sonra ABŞ-da, Los-Ancelesdə yaşamağa başlayıb. Heç bir işi-gücü olmayan Pənahov Los-Ancelesin nüfuzlu Bel-Eyr bölgəsində, Hollivud ulduzlarının qonşuluğunda 2 milyon 35 min 400 dollara dəbdəbəli villa almağa müvəffəq olub (Məhəmməd və Ülkər Pənahovlara məxsus “Alphaand Export FZ-LLC” şirkətinin bu alğı-satqısını isbatlayan sənəd var).
Belə görünür ki, ata Pənahov gənc cütlük üçün bütün imkanları yaradıb.
Gənc cütlüyün maddi çətinlikləri olmayıb: onlar Britaniya banklarında – “Halifax”, “Natwest”, həmçinin Dubay, hətta Amerika banklarındakı hesablarındakı pulu dəbdəbəli Kaliforniyada sağa-sola xərcləyiblər.
Yeni ailə quranların şirin həyatı oğul Pənahov pis vərdişlərə, ilk növbədə, spirtli içkilərə meyli aludəçiliyə dönənə qədər heç vaxt pozulmayıb. O, birdəfəyə 26 şüşə pivəni boşaldırmış. Sonra isə boş şüşələri hamilə arvadına atırmış.
“Amansız döyüşlər”dən biri zamanı H.P. övladını itirib. 17 aylıq evlilikdən sonra o, Kaliforniyadakı villadan qaçmaq qərarına gəlib. Çarəsiz qalan H.P-nin valideynləri və yaxınları dəfələrlə ona Kaliforniya polisinə müraciət etməyi tövsiyə ediblər, lakin o, xilasını Bakıya qaçmaqla tapıb.
Pənahov hədə-qorxu gəlib, hər gün zəng vurub və arvadını ölümlə hədələyib. Buna baxmayaraq, H.P. boşanma iddiası ilə Binəqədi Məhkəməsinə müraciət edib.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar