Bir müddət öncə əməliyyatdan sonra iflic olub komaya düşən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev vəfat edib.
Manevr.az xəbər verir ki, bu barədə "report"a aktyorun ailəsindən məlumat verilib.
Aktyor müalicə olunduğu xəstəxanada vəfat edib.
Qeyd edək ki, Möylə Mirzəliyev 24 oktyabr 1959-cu ildə Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olub. 1980-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsinə qəbul olunub. 1985-ci M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrına təyinat alıb və 1992-ci ilə kimi orada xor artisti vəzifəsində çalışıb. 1992-ci ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru olaraq yaradıcılığını davam etdirib.
Aktyor bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub. Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət özəl tibb müəssisəsinin Reanimasiya və intensiv terapiya şöbəsində müalicə alıb.
 Xəbər lenti 
					
 
		Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















