Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qubada istirahət məkəzində DAVA - Vəzifəli şəxs qaziyə hücum edib - İDDİA - FOTO -FOTOLAR

Tarix: 26-04-2025 11:06     Baxış: 103 A- / A+

Qubada fəaliyyət göstərən "Alma bağı" istirahət mərkəzində 44 günlük Vətən müharibəsi qazisinə qarşı hücumla nəticələnən kütləvi dava baş verib. Hadisə 2025-ci ilin 19 yanvar günü törədilib. 
Manevr.az demokrat.az-a istinadən xəbər verir ki, hücuma məruz qaldığını iddia edən qazi Kənan İsmayıllı özü məlumat verib. 
Onun sözlərinə görə, "Alma bağı" istirahət mərkəzində olarkən, Azərbaycan Tarif Şurası katibinin müavini Ceyhun Nəcəfov və dostları tərəfindən ağır söyüşlərlə təhqir olunaraq, fiziki təzyiqə məruz qalıb. 
Kənan İsmayıllı deyir ki, hadisə 20 Yanvar Faciəsinin ildönümündə, taksi sürücüsü işlədiyi zaman Qubaya sərnişin apararkən, orada qonaq olduğu "Alma bağı" istirahət mərkəzində baş verib:
"Orada istirahət edərkən, tanımadığım şəxslər yüksək tonla səs çıxararaq, qaldığım otağın qapısına hücum çəkdilər. Mən qapını açıb baxarkən, gördüm ki, sərxoş vəziyyətdə olan və sonradan adını öyrəndiyim Ceyhun Nəcəfov və yanında olan bir neçə şəxs məni təhqir edirlər. Onlar daha sonra üzərimə hücum çəkdilər. Bu zaman mən yenə ağır söyüşlərlə təhqir olundum, fiziki təzyiqə məruz qaldım, bədənimin müxtəlif nahiyyələrindən ciddi xəsarətlər aldım. Daha sonra Quba rayon Polis Şöbəsinə gedərək, izahat verdim. İzahatımda Ceyhun Nəcəfovdan şikayətçi olduğumu qeyd etdim".
Kənan İsmayıllı 44 günlük Vətən müharibəsi zamanı xüsusi təyinatlı kimi ön cəbhədə iştirak etdiyini bildirib:
"Mən 44 günlük Vətən müharibəsi zamanı kəşfiyyatçı olaraq xidmət etdiyimə görə, cənab Prezident İlham Əliyev tərəfindən "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə"Azərbaycan Respublikasının medalları ilə, həmçinin "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşam".
Məsələ ilə bağlı Azərbaycan Tarif Şurası katibinin müavini Ceyhun Nəcəfov telefon zənglərimizə cavab verməyib. 

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar