Xəbər lenti 
					
 
		“Melissa Group”un rəhbəri və əməkdaşı barədə qərar verildi

Vətəndaşın evinin qanunsuz sökülməsi ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov və şirkətdə ekskavator sürücüsü işləyən Qala Eynullayev barəsində olan həbs qətimkan tədbiri uzadılıb.
Manevr.az xəbər verir ki, bu barədə qərar Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında verilib.
Qərara əsasən, onlar barəsində olan həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb.
Xatırladaq ki, ötən ay Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov və həmin şirkətdə ekskavator sürücüsü işləyən Qala Eynullayev saxlanılıb. Daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















