Xəbər lenti 
					
 
		Bakı-Qazax yolunda maşın aşdı: yüklər yola səpələndi

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yük maşını aşıb, yüklər yola dağılıb. Hadisə Bakı-Qazax magistralının rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Manevr.az xəbər verir ki, yük avtomobilinin sürücüsü Ucar istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun hərəkət zolağından çıxaraq qarşı istiqamətə keçib və aşıb. Qəza zamanı avtomobildə daşınan müxtəlif yüklər yola səpələnib, bu da nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb.
Əraziyə cəlb edilən yol polisi əməkdaşları hərəkətin bərpası və təhlükəsizliyin təmin olunması üçün tədbirlər görüblər. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















