Xəbər lenti 
					
 
		Xaçmazda bataqlıqda boğulan 15 yaşlı yeniyetmənin meyiti tapıldı
 Aprelin 18-i gecə saatlarında Xaçmazda 15 yaşlı Bağırov Elçin Elman oğlu bataqlığa düşüb.
Aprelin 18-i gecə saatlarında Xaçmazda 15 yaşlı Bağırov Elçin Elman oğlu bataqlığa düşüb.Manevr.az Azərtac-a istinadən xəbər verir ki, 15 yaşlı Bağırov Elçin Elman oğlu aprelin 18-i gecə saatlarında Niyazabad kəndi ərazisində, dəniz sahilində yerləşən bataqlıqda boğulub.
Hadisə şahidlərinin dediyinə görə yeniyetmə at belində mal-qara otaran zaman bataqlığa yıxılıb. At sudan çıxa bilsə də, Elçin xilas ola bilməyib.
Yeniyetmənin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları, dalğıclar və kənd sakinləri cəlb olunub. İlkin mərhələdə yeniyetmənin meyitini aşkarlamaq mümkün olmayıb. Yalnız traktorlar vasitəsilə kanallar açılaraq su hövzəsi boşaldıldıqdan sonra səhər saatlarında E. Bağırovun meyitini aşkarlamaq mümkün olub. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Elçin Bağırov Niyazabad kənd tam orta məktəbinin IX sinfində təhsil alırdı. Aprelin 17-də məktəblinin 15 yaşı tamam olub.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















