Rusiyanın Kemerovo vilayətinin müstəntiqləri insanları oğurlamaqda və işgəncə verməkdə, habelə onları qanunsuz olaraq azadlıqdan məhrum etməkdə və qul əməyindən istifadə etməkdə ittiham olunan üç azərbaycanlının işinə baxır.
Manevr.az xəbər verir ki, əvvəllər məhkəmə istintaqın vəsatətinə baxmayaraq, onları həbsə göndərməyib və daha yüngül – müəyyən hərəkətlərə qadağa barədə həbs-qətimkan tədbiri seçib. Lakin istintaq zamanı yeni cinayət epizodları üzə çıxıb və bununla bağlı təqsirləndirilən şəxslərin istintaq təcridxanasına salınması ilə bağlı təkrar vəsatət qaldırılıb.
Müstəntiqlərin araşdırmasına görə, 2012-ci ildən bəri, cinayətkarlar Kuzbass şəhərində evsizlər də daxil olmaqla 9 nəfəri qaçırıb və onlardan əmək kimi istifadə ediblər. Oğurlanan qadınlardan biri qaça bilib. Daha sonra hüquq-mühafizə orqanları digər qurbanların da yerini müəyyənləşdirib. Müəyyən olunub ki, zərərçəkənlər işdən imtina etdikləri üçün onlara qarşı fiziki güc tətbiq edilib. Azad olunanlardan ikisi əvvəllər itkin düşmüş şəxslər siyahısına salınıb. lent.az
 Xəbər lenti 
					
 
		İnsanları oğurlayıb zorla işlədən azərbaycanlı dəstə ələ keçirildi

	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















