Ağdam rayonunda azyaşlı it dişləməsi səbəbilə xəstəxanaya yerləşdirilib. Manevr.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qərvənd qəsəbəsində baş verib. 2021-ci il təvəllüdlü S.H küçədə oynadığı zaman qəfil it hücumuna məruz qalıb. Üz nahiyəsindən yara alan azyaşlı Bərdə Mərkəzi xəstəxanasına çatdırılıb.