Sizin Reklam Burada
Xəbər lenti
22-10-2026
21-10-2026
BÜTÜN XƏBƏRLƏR

Sosial Xidmətlər Agentliyində İNSİDENT - Saxlanılanlar var

Tarix: 08-04-2025 20:32     Baxış: 3189 A- / A+
Sosial Xidmətlər Agentliyində İNSİDENT - Saxlanılanlar var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində baş verən insidentlə bağlı iki nəfər saxlanılıb.
 
Manevr.az xəbər verir ki, 1992-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş G.H. və 1991-ci il təvəllüdlü, Hacıqabul rayon sakini D.F. polis əməkdaşları tərəfindən tutulublar.
 
Həmin şəxslərin saxlanılmasına səbəb agentliyin inzibati binasında səs-küy salmaları olub. Məlumata görə, 2025-ci il aprelin 3-də onlar Sosial Xidmətlər Agentliyinin binasına gələrək İdarə Heyətinin sədri Vüqar Behbudovla görüşmək istəyiblər. Görüş baş tutmadıqda G.H. və D.F. günün ikinci yarısında yüksək səslə danışaraq və işçilərə qarşı təhqiramiz ifadələr işlədərək narazılıqlarını bildiriblər.
 
Daha sonra onlar binanın qapısını dəfələrlə əllə döyərək hər hansı əməkdaşın diqqətini çəkməyə və onlara yaxınlaşmasına çalışıblar.
 
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri üzrə protokol tərtib olunub. Məhkəmənin qərarı ilə G.H. və D.F. 8 sutka inzibati həbs cəzası alıblar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar