Sizin Reklam Burada
Xəbər lenti
02-10-2025
01-10-2025
BÜTÜN XƏBƏRLƏR

İranın Azərbaycanda öldürmək istədiyi icma rəhbəri kimdir?

Tarix: 05-04-2025 22:18     Baxış: 3124 A- / A+


İranın xüsusi xidmət orqanı Azərbaycandakı aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqala sui-qəsd hazırlayıbmış.
Manevr.az Azvizion.az-a istinadla xəbər verir ki, bu barədə “Vaşinqton Post” Qərb ölkələrindən birinin kəşfiyyat orqanındakı mənbəyə istinadla məlumat yayıb.
Xəbərdə deyilir ki, SEPAH-ın Qüds briqadasının zabiti ravvini öldürməsi üçün Aslanov soyadlı gürcüstanlı narkotik qaçaqmalçısını ələ alıbmış. Aslanova ravvinin fotosu, həmçinin ətraflı təlimat verilib və “xidmətinə” görə $200.000 vəd olunub.
Aslanov İranda SEPAH nümayəndələri ilə görüşəndən sonra Azərbaycana qayıdıb və İsmayılov soyadlı yerlisini ravvini izləmək işinə cəlb edib. Lakin Azərbaycanın təhlükəsizlik orqanları onları həbs ediblər.
Məsələyə münasibət bildirən Şneor Seqal nəşrə deyib ki, bu haqda məlumatı Azərbaycan mediasından oxuyub və bu ölkədə özünü çox güvənli hiss edir.
Yada salaq ki, yanvar ayında Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Azərbaycanda dini icmalardan birinin rəhbərinə qarşı sui-qəsd hazırlayan iki şəxsin - Gürcüstan vətəndaşları Aqil Aslanov ilə Azərbaycan vətəndaşı Ceyhun İsmayılovun saxlanıldığı haqqında məlumat yaymışdı. Amma məlumatda onların İrana “işlədikləri” barədə heç nə deyilmirdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar