Sizin Reklam Burada
Xəbər lenti
22-10-2026
21-10-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda sərxoş halda yola kreslo qoyub oturan şəxs həbs edildi

Tarix: 31-03-2025 17:05     Baxış: 3350 A- / A+


Bakının Nizami rayonunda yolun ortasına kreslo qoyaraq oturan şəxs həbs edilib.
Manevr.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü A.C. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub, iş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, A.C. içkili halda yolun ortasına kreslo qoyaraq oturub. Polis onu ərazidən uzaqlaşdırsa da, təqsirləndirilən şəxs bu dəfə "Koroğlu" metrostansiyasının yaxınlığında yerləşən qəzet köşkündə satıcı işləyən xanıma sataşıb. O, qadına yaxınlaşaraq dostunun ondan xoşu gəldiyini deyib, onunla münasibətə razılıq verməyi tələb edib. Bundan sonra zərərçəkmiş qadının yaxınları polisə şikayət ediblər.
Məhkəmənin qərarı ilə A.C. səkkiz gün müddətinə inzibati qaydada həbs edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar