Xəbər lenti
31 Mart soyqırımı, Xocalı soyqırımına görə məsuliyyətin olmadığı bir dünyada sülh olmayacaq!

O günlər Azərbaycanda ölənlər təkcə qadınlar, uşaqlar, körpələr və günahsız dinc sakinlər deyil, eyni zamanda insanlıq idi, bəşəriyyət idi, bəşəriyyətə xidmət etməsi gözlənilən, ancaq başları dünyanı bölüşdürməyə qarışan böyük dövlətlər idi...
Düz 5 ay (soyqırım Qafqaz İslam Ordusu Azərbaycanı, Bakını sentyabrda xilas edənə qədər davam etmişdir) dünyanın gözü qarşısında qətlə yetirilənlər əslində həm də bütöv bəşəriyyət idi, bütün bəşəriyyətin gələcəyə olan ümidləri idi.
Bu gün biz qatil bolşevik-daşnak alyansının 1918-ci ilin mart-sentyabr aylarında qətlə yetirdiyi on minlərlə soydaşımızı kədərlə xatırlayırıq, 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününü yad edirik.

Azərbaycanlıların soyqırımına ilk dəfə siyasi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olan bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkildi, Cənubi Qafqazda xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlandı.
Ermənistan uzun illər həyata keçirdiyi soyqırımı, nifrət, etnik ayrı-seçkilik siyasətinin bədəlini gec-tez ödəyəcək.
İnanıram ki, Hitleri bəşəriyyətin ortaq ittifaqı dayandırdığı kimi, erməni faşizmi və onun qətl şəbəkəsini də eyni şəkildə dayandıracaqlar.
Əks halda, 31 Mart soyqırımı, Xocalı soyqırımına görə məsuliyyətin olmadığı bir dünyada sülh olmayacaq!
Şübhəm yoxdur ki, Azərbaycan olaraq nəyin bahasına olursa olsun erməni faşizminə qarşı durmağa və dünyanı bu şərəfli mövqeyə çağırmağa davam edəcəyik. Çünki, ermənilərin törətdikləri soyqırım azərbaycanlıları öldürür. Ermənilərin törətdiyi soyqırım insanlığı, bəşəriyyəti öldürür. Erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir.
Dünyada nasist, faşist emblemi qadağan olunduğundan, həmin nasizm, faşizm tərəfdarları “44” rəqəmini faşizm simvolunu xatırladan forma kimi yayğın istifadə edirlər. Maraqlısı odur ki, biz Qarabağ və Şərqi Zəngəzurdan erməni faşizminin kökünü elə 44 gündə kəsdik.
Ümid edir və inanırıq ki, soyqırım cinayəti törədənlər layiqli cəzalarını alacaq və regionumuza layiqli sülh gələcəkdir. Ancaq gələcəkdə nəyin necə olmasından asılı olmayaraq biz ermənilərin və onların havadarlarının törədikləri soyqırımları unutmayacağıq. Çünki, unudulan soyqırım təkrarlanar.

Tural Akif oğlu Vəlizadə
MMU nəzdində Bakı Hərbi Kolleci və
Bakı Qızlar Universitetinin müəllimi
Bakı Dövlət Universitetinin doktorantı

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar