Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

“TikTok”da gördüyü elan başına bəla oldu - VİDEO

Tarix: 26-03-2025 19:56     Baxış: 3189 A- / A+
“TikTok”da gördüyü elan başına bəla oldu - VİDEO

Paytaxt sakini Telli Atakişiyeva dələduzluğun qurbanı olduğunu iddia edir. 
 
Manevr.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Atakişiyeva üzləşdiyi problemlə bağlı  “Xəzər Xəbər”ə açıqlama verib. Onun bildirdiyinə götə, “Tik Tok” platformasından tanıdığı şəxsə mebel sifarişi verib. Avqust ayında verilən sifariş 8 aydır ki, icra edilmir:
 
“Anam “Tik Tok”da bir neçə şirkətlərə baxmışdı. Hamısı yüksək qiymətlər dedi. Bu şəxs səhifəsində canlı açırdı. Anam dedi ki, əl işlərini çox bəyənir. Bununla danışıb razılaşdıq. Bir neçə dəfə evə gəldi, ölçü götürdü. Bu şəxs bütün ev üçün 9 min manat demişdi. Dedi ki, “beh atacaqsınız və onun müqabilində iş görəcəm”.  Mən də bildirdim ki, gedib sexə baxaq. O da dedi ki, narahat olmayın sex də, iş yerimiz də var. Sizə kartımı və şəxsiyyət vəsiqəmi də atacam”. 
 
Bundan sonra zərərçəkən mebel hazırlayacağına dair söz verən şəxsin kartına 4900 manat ödəniş edib. Telli Atakişiyeva deyir ki, həmin şəxs anasının evindədə mebel yığacağını deyib. Ondan da 200 manatını aldıqdan sonra yoxa çıxıb. İndi onların nə zənglərinə cavab verir, nədə mesajlarına...
 
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılıb.
 
Araşdırmanın nəticəsinə əsasən məsələnin mülki xarakterli olması müəyyən edildiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunub.
 
Daha ətraflı videomaterialda:

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar