Sizin Reklam Burada
Xəbər lenti
16-08-2025
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

Milli Qəhrəmanın ailəsi 3 ay sonra qəza yerində... - FOTO

Tarix: 25-03-2025 20:58     Baxış: 4120 A- / A+



AZAL təyyarəsinin Aktau yaxınlığında faciəli şəkildə qəzaya uğramasından üç ay sonra hava gəmisinin kapitanı İqor Kşnyakinin ailəsi faciənin baş verdiyi əraziyə gedib.
Manevr.az xəbər verir ki, bu barədə 1news.az məlumat yayıb. 
Milli Qəhrəmanın həyat yoldaşı Yana Vilkova bunun ailənin qəza yerinə ilk səfəri olduğunu deyib.
O bildirib ki, hadisədən 3 ay sonra həmin yerə getmək, bu hüznlü gündə həlak olanların xatirəsini ehtiramla yad etmək vacib idi: "Üç ay həm çox, həm də azdır. Sağaltmayan, ancaq ağrının şiddətini azaldan, o taleyüklü günün heç bir detalını yaddaşlardan silməyən zaman..."
Xatırladaq ki, AZAL təyyarəsi ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə,  təyyarəyə fiziki və texniki xarici təsir qəzaya səbəb olub. Hadisə baş verən vaxt hava gəmisinin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub.
Həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla onlara "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar