Xəbər lenti
“Zara”da müştərinin əl çantası oğurlandı

"Gənclik Mall" Ticarət Mərkəzində yerləşən "Zara” geyim dükanında müştərinin çantasını oğurlayan şəxs həbs edilib.
Hadisəni törədən 1990-cı il təvəllüdlü K.L. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, K.L. "Zara” geyim dükanın paltar dəyişmə otağının dəhlizində F.G.-ya məxsus qadın əl çantasını oğurlanıb.
Belə ki, zərərçəkmiş F.G. "Gənclik Mall"a alış-veriş etmək üçün gedib. Alış-veriş etdikdən sonra "Zara” dükanına daxil olaraq orada olan geyimlərə baxıb. Bəyəndiyi paltarları seçərək dəyişmə otağına gedib. Dəyişmə otağına daxil olduqda aldığı digər məhsulları dəhlizin girişinə qoyub. Həmin vaxt rəfiqəsi də onunla birlikdə olub.
K.L. oğurladığı çantanı içindəki əşyalarla birlikdə zərərçəkmişə qaytarsa da, içindəki 150 manatı imkansızlıqdan xərclədiyini deyib.
Məhkəmənin qərarı ilə, təqsirləndirilən şəxs barəsində 160 saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilib. Şəxsin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar