Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Eriteriyada girov saxlanılan vətəndaşlarımız ölkəyə gətirildi

Tarix: 24-03-2025 15:29     Baxış: 3156 A- / A+


Eritreyada saxlanılan gəmilərin heyəti ölkəmizə gətirilib.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən ilin 7 noyabr tarixindən etibarən Eritreya tərəfindən saxlanılan “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan Respublikası vətəndaşları dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində tərəfimizdən aparılmış uzunmüddətli danışıqlardan sonra azadlığa buraxılaraq, ölkəmizə geri gətirilib.
"Gəmi heyəti Eritreyada olan müddət ərzində ölkəmizin Efiopiyadakı Səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədilə aidiyyəti üzrə tədbirlər həyata keçirilib.
Bu prosesdə yaxından dəstək göstərən Türkiyə Respublikasının Eritreya Dövlətindəki Səfirliyinə dərin minnətdarlığımızı bildiririk",- məlumatda vurğulanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar