Xəbər lenti
Azərbaycanda 13 yaşlı qızın övladı dünyaya gəldi
Ağcabədidə 23 yaşlı şəxslə 13 yaşlı qızı nişanlayıblar. Ailələrin razılığına görə, qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış.Manevr.az Musavat.com-a istinadla xəbər verir ki, nişan məclisindən sonra qızla oğlan cinsi münasibətdə olublar.
Qızın hamilə qaldığı məlum olduqdan sonra ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi də təşkil ediblər.
Hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar.
Faktla bağlı cinayət işi açılıb. Məhkəmə istintaqı dövründə onların övladları dünyaya gəlib.
Zərərçəkmiş kimi tanınan 13 yaşlı Gülər (ad şərtidir) və ailəsi şikayətçi olmayıblar. Onların övladlarının dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb.
Məhkəmənin hökmü ilə Şəhriyar (ad şərtidir) barəsində şərti cəza təyin edilib. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































