Sizin Reklam Burada
Xəbər lenti
16-08-2025
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda sürücünün döyülməsinin şok səbəbi

Tarix: 11-03-2025 15:36     Baxış: 3100 A- / A+


Bakıda bir qrup şəxsin 99 BZ 500 dövlət nömrə nişanlı "Şevrolet"ə hücum edərək, maşının şüşələrini sındırması və sürücüyə çoxsaylı zərbələr yetirməsinin səbəbi məlum olub.
Manevr.az xəbər verir ki, bu barədə Teleqraf özəl mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, insident sürücülərin yolda bir-birinə qarşı kobudluğundan yaranmayıb, əvvəlcədən planlaşdırılıb və məqsəd sürücünü cəzalandırmaq olub.
Mənbə bildirib ki, avtomobilin sürücüsü insidentdə iştirak edən şəxslərdən birinin xanımına qarşı qeyri-etik ifadə işlədib. Qadın isə bu barədə həyat yoldaşına məlumat verib.
Bundan sonra Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli həmin sürücünün arxasınca düşərək, onu publik şəkildə döyüblər və maşınına ziyan vurublar.
Qeyd edək ki, cari il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Şevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.
Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.
Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidlinin barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib. Məhkəmənin qərarı ilə N.Mustafakamalov, V.Cavadov və N.Rəhmanovun hər biri barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hadisədə iştirak edən A.Zahidli ilə bağlı verilən təqdimat təmin olunmayıb və o, sərbəst buraxılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar