Sizin Reklam Burada
Xəbər lenti
02-10-2025
01-10-2025
BÜTÜN XƏBƏRLƏR

Lənkəranda yük avtomobili çaya düşdü - FOTO

Tarix: 01-03-2025 23:02     Baxış: 3161 A- / A+


Lənkəranda yük avtomobili çaya düşdü - FOTO
Lənkəranda yük avtomobilinin sürüşərək 20 metr hündürlükdən çaya düşməsi nəticəsində sürücü xəsarət alıb.
Manevr.az apa-ya istinadən xəbər verir ki, hadisə Girdəni-Havzava kənd yolunda, Girdəni kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran rayon Göyşaban kənd sakini 2005-ci il təvəllüdlü Pərviz Fariz oğlu Abdullazadənin idarə etdiyi "Ford Transit" markalı yük avtomobili hərəkətdə olarkən, nəqliyyat vasitəsi sürüşüb və təqribən 20 metr hündürlükdən Girdəniçaya düşüb. Sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib ki, Lənkəran rayonu Girdəni kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi nəticəsində 2005-ci il təvəllüdlü rayon sakini 1 nəfər (kişi cinsli) şəxs alının sıyrılmış, didilmiş yarası, kəllə beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəstə vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.
Kənd sakinləri deyir ki, sözügedən yolda torpaq qatı dağılıb və həmin yolun eni 3,5 metr olub. Qəzanın baş verməsinə səbəb də qarlı yolda nəqliyyat vasitəsinin sürüşməsi olub. 
Faktla bağlı araşdırma aparılır.
Lənkəranda yük avtomobili çaya düşdü - FOTOLənkəranda yük avtomobili çaya düşdü - FOTOLənkəranda yük avtomobili çaya düşdü - FOTOLənkəranda yük avtomobili çaya düşdü - FOTO



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar