Xəbər lenti
Müharibə veteranı Xocalıda minaya düşdü - BİRGƏ MƏLUMAT

İşğaldan azad edilmiş Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib.
Manevr.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Ağdam rayon sakini 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb.
Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!N.İmanov Bərdə Müalicə Diaqnostika Mərkəzi hospitalizasiya olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, N.İmanov Qarabağ müharibəsi iştirakçısıdır və "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilib. Ağdərə rayonunun Sırxavənd kəndindən olan N. İmanov atasını və qardaşı birinci Qarabağ müharibəsində faciəvi şəkildə qətlə yetiriliblər.

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar