Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Şəhid Ülfət Kərimovun anası vəfat etdi - FOTO

Tarix: 19-02-2025 09:54     Baxış: 3237 A- / A+
Şəhid Ülfət Kərimovun anası vəfat etdi (FOTO)
Şəhid kəşfiyyatçı Ülfət Kərimovun anası Fatma Kərimova vəfat edib.

Manevr.az bildirir ki, Ülfət Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcərdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olub. 1992-ci ilin sentyabrından qanlı döyüş meydanlarına atılan Ülfət çoxsaylı qəhrəmanlığı, şücaəti ilə düşmənə dəfələrlə ağır zərbə vurub. Təəssüf ki, 27 mart 1993-cü il yağılara qan udduran qəhrəmanın son döyüş tarixi oldu. Ü.Kərimov Ağdaban uğrunda döyüşlərdə qəhramancasına həlak olaraq, şəhidlik zirvəsinə ucaldı.
Şəhid kəşfiyyatçımızın qəhrəmanlığını əks etdirən, rəsmi qeydə alınmış materiallardan bəzilərini nəzərinizə çatdırırıq:
Birinci motoatıcı briqadasının komandirinin verdiyi 287 saylı, 9 oktyabr 1992-ci il tarixli arayışında göstərilir: Böyük serjant Kərimov Ülfət Ələkbər oğlu 5 sentyabr 1992-ci il tarixdə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə düşmənə məxsus bir ədəd tank (T-72), bir ədəd PDM-i, bir ədəd «PK» pulemyotunu, üç ədəd «RPQ-7»-ni qənimət kimi ələ keçirmiş və 60 qulduru məhv etmişdir. 2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Hoçaz dağında Ülfət Kərimov 2 ədəd tank, 2 ədəd «PDM-2», 2 AQS-17, 2 ədəd minaatan(120 mm.-lik) ələ keçirmiş və 3 ədəd tankı məhv etmişdir.
Qeyd edək ki, yuxarıda göstərilənlər Ülfət Kərimovun yalnız qeydiyyata alınması mümkün olan nailiyyətləridir.

Xatırladaq ki, Ülfət Kərimov "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Haqqında yazılar yazılıb, sənədli film çəkilib. Təəssüf ki, milli qəhrəman adını xalq tərəfindən qazansa da, Ü. Kərimova Azərbaycanın "Milli Qəhrəman"ı adı verilməyib. Ülfət xalqın qəhrəmanıdır.







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar