Sizin Reklam Burada
Xəbər lenti
20-10-2025
19-10-2025
BÜTÜN XƏBƏRLƏR

Əvvəlcə maşını qaçırdı, sonra qəza törətdi

Tarix: 04-02-2025 12:18     Baxış: 3145 A- / A+
 
Abşeron Rayon Məhkəməsində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmədə təqsirləndirilən Mehman Dəmirovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Manevr.az xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Mehman Dəmirova 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, hadisə 2023-cü il dekabrın 9-da saat 6 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, maşın ustası (rəngsaz) olan Mehman Dəmirov rənglənməsi üçün ona avtomobil təmiri emalatxanasında saxlanılmış zərərçəkmiş Qalib Qayıbova (şərti) məxsus "KIA Sportage" maşınını talama məqsədi olmadan ələ keçirərək qaçırıb. O, idarə etdiyi maşını Ceyranbatan qəsəbəsindəki küçələrin birində idarəetməni itirərək yolun kənarında daş betona vurub. Nəticədə zərərçəkmiş şəxsə 17 760 manat məbləğində (xeyli miqdarda) ziyan dəyib.
Hadisədən sonra Mehman Dəmirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.pravda.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar