Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər yaydıqları video ilə özlərini ifşa etdilər

Tarix: 01-03-2017 10:00     Baxış: 5716 A- / A+
Ermənilər yaydıqları video ilə özlərini ifşa etdilər

Ermənistan mediası fevralın 24-dən 25-nə keçən gecə düşmənin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş zabit və əsgərlərimizin video görüntülərini yayıblar. Düşmən tərəfi informasiya məkanında da təxribata əl ataraq bildirir ki, guya ilk olaraq Azərbaycan tərəfi hücuma keçib və hərbçilərimizin neytral ərazidə olmaları da bunun sübutudur. Lakin elə düşmənin özünün yaydığı videodan da bunun ağ yalan olması isbat olunur.

Belə ki, video materialdan da açıq şəkildə görünür ki, şəhid olan hərbiçilərimizin üzərilərində heç bir silah-sursat və digər döyüşdə istifadə olunan hərbi avadanlıqlar yoxdur. Ekspertlər bildirirlər ki, adicə bu nüansın özü belə, düşmənin yalan informasiya yaymasını sübut edən faktordur.

Məsələ ilə bağlı “Yeni Müsavat”a hərbi ekspert Üzeyir Cəfərov danışıb. Ekspert bildirib ki, biz susduqca ermənilər hədlərini aşaraq, yalan ardınca yalan yayırlar:

“Bu faktın özü də bir daha onu göstərir ki, Azərbaycan əsgərləri və zabitləri orada heç bir diversiya, kəşfiyyat əməliyyatı aparmayıblar. Susmaq yox, erməninin ağzından vurmaq lazımdır. Bizim neytral ərazidə komandir öz səlahiyyətləri çərçivəsində müşahidə aparmaq, bəzi məlumatları əldə etmək məqsədi ilə həmin postu qurub. Biz susuruq, erməni də deyir ki, baxın görün diversantlar necə hücuma keçiblər və onları vurmuşuq. Orada heç bir diversant yoxdur. Bizim ön xətdə olan zabit və əsgərlərimiz adi qaydada müşahidələr aparıb, müəyyən qeydlər edib, düşmənin hərəkətlərini izləyib gedirlər.

Videoda geyimi digər zabitlərin geyimindən fərqlənən hərbiçimiz isə müddətdən artıq qulluq edən hərbi qulluqçudur. Allah hamısına rəhmət etsin. Onun da əynində ”bronjilet" var. Bu hərbiçimiz postun bir növ cavabdehi kimi ora nəzarət edir. Neytral ərazidə qurulan həmin post bizim hərbiçilər tərəfindən yalnız və yalnız düşməni müşahidə etmək, onun hərəkətləri ilə bağlı müəyyən məlumatları əldə etmək məqsədi ilə qurulub. Düşmən zabitləri də hərbiçilərimizi məhz həmin postda olduqları zaman vurublar. Mütləq deyil ki, onların əllərində silah, başlarında kaska olsun. Bu əsgərlər ora hər hansı hərəkəti yerinə yetirməyə gəlməyib. Sadəcə olaraq, komandirin qərarıdır ki, ora baxır və müəyyən qeydlər aparır, ön xətdə düşmənin texnikasının və ya şəxsi heyətinin yerdəyişməsini müşahidə edirlər. Məsələnin məğzi budur".

Ekspert bildirib ki, sosial şəbəkələrdə insanlarımız diqqətli olmalıdırlar:


“Biz susduqca, ermənilər ağızlarına gələni yazırlar. Bizim bəzi vətəndaşlarımız da sosial şəbəkələrdə hay-küy salıblar ki, onların niyə kaskası, silahı yoxdur. Xahiş edirəm ki, öz əsgər və zabitimizə hörmətlə yanaşaq. Onlar, sadəcə olaraq ön xətdə vəzifə borclarını yerinə yetiriblər. Vəziyyətə və şəraitə uyğun olaraq, komandirlər qərarlar qəbul edirlər. Mütləq deyil ki, onlar həmin qərarın yerinə yetirilməsi zamanı tam şəkildə hərbi geyimdə olsunlar. Yəni orada kaska, avtomat və mühəndis-istehkam belləri olmaya da bilər. Məsələni bu cür başa düşürəm və hərbiçi kimi yanaşmam bundan ibarətdir”.

Üzeyir Cəfərov ermənilərin yaydıqları videoda görünən xüsusi ipin mahiyyəti barəsində də danışıb və ekspert bildirib ki, elə bunun özü də erməniləri ifşa edən məsələdir:
“Hərbidə ümumi qaydadır ki, öndə mühəndis-istehkamçı gedir və o, cığır açır. Eyni zamanda o, həmin getdiyi yeri də yoxlayır ki, birdən burada mina olar. Həmin ip, arxadan gələnlərin cığırdan kənara çıxmaması üçündür. Bunu başa düşmək üçün elə də böyük bir hərbi biliyə malik olmaq lazım deyil. Həmin ipin konkret olaraq funksiyası ondan ibarətdir ki, ön xəttə müşahidə üçün gedən hərbiçilər, cızılmış yolla hərəkət etsinlər. Ora neytral ərazidir və düşmən orada pusqu da qura, mina da basdıra bilər. Buna görə də xüsusi ip çəkilir. Hadisə gecə saatlarında olub və orada gecə saatlarında fənər və ya hər hansı bir başqa avadanlıq işlətmək mümkün deyil. İpin məqsədi yol göstərməkdir. Müdafiə Nazirliyi sussa da, biz, bu vəziyyəti real şəkildə bilirik. Orada heç bir hücumdan söhbət gedə bilməz. Hücuma gedən adamın silahı, avadanlığı olur. Bir daha deyirəm ki, hərbiçilərimiz sadəcə müşahidə aparmaq üçün orada olublar və müşahidə postunda düşmənin zərbəsinə məruz qalıblar. Heç bir hücumdan söhbət belə gedə bilməz. Ermənilər günlərdir ki, təxribatlarına, yalanlarına davam edirlər. Ancaq bunların ağ yalan olduğunu ifşa etmək lazımdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar