Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rövşən Rzayev BMT nümayəndəsi ilə humanitar məsələləri müzakirə edib

Tarix: 09-10-2020 21:53     Baxış: 4214 A- / A+
Rövşən Rzayev BMT nümayəndəsi ilə humanitar məsələləri müzakirə edib


Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb. Görüşdə işğaldan azad olunmuş ərazilərdə humanitar məsələlərin həlli və bu istiqamətdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Manevr.az-a bildirilib ki, Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasəti haqqında məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritetlərindən biri kimi müəyyənləşdirib, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir. Birinci vise-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarla bağlı bütün məsələlərin həllinə qayğı və həssaslıqla yanaşır.

Qeyd olunub ki, təcavüzkar Ermənistanın silahlı birləşmələrinin getdikcə intensiv xarakter alan və mülki əhalinin həyatına təhlükə yaradan təxribatlarına son qoymaq üçün Azərbaycan ordusu əks-həmlə əməliyyatına başlayıb. Dinc əhalinin hədəfə alınması nəticəsində mülki şəxslər, o cümlədən məcburi köçkünlər arasında ölənlər və yaralananlar var. Bildirilib ki, BMT-nin Azərbaycanda fəaliyyət göstərən təsisatlarının rəhbərlərinin ötən il səfər etdikləri Tərtər rayonunun Şıxarx qəsəbəsində, eyni zamanda Ağdam, Füzuli və Goranboy rayonlarında məcburi köçkünlər üçün salınmış yaşayış kompleksi də ağır silahlardan atəşə tutulub, binalarda dağıntı, sakinlər arasında ölən və yaralılar var.

Dövlət Komitəsinin sədri bildirib ki, təcavüzkar Ermənistan beynəlxalq hüquq norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə əməl etmir, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair tələblərini yerinə yetirmir.

Qulam İshaqzai cəbhəboyu zonada vəziyyətin gərginləşməsindən narahatlığını bildirərək hərbi və mülki şəhidlərə görə başsağlığı verib. BMT ilə Dövlət Komitəsi arasında olan sıx və səmərəli münasibətlərin daim inkişaf edəcəyinə əminliyini bildirib. O, münaqişə zamanı ziyan dəymiş mülki əhalinin vəziyyəti ilə maraqlanıb. Q.İshaqzai indiki vəziyyətdə BMT təsisatları ilə birlikdə müxtəlif istiqamətlərdə ünvanlı dəstək verilməsinə hazır olduğunu bildirib.

Görüşdə iştirak edən BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasetti isə müharibədən ziyan çəkən insanlara yardım etməklə yanaşı BMT-nin digər təsisatları kimi münaqişə başa çatdıqdan sonra bərpa işlərinə də dəstək verə biləcəklərini diqqətə çatdırıb.

BMT-nin agentlikləri tərəfindən 1992-ci ildən etibarən Azərbaycanda məcburi köçkünlərlə bağlı həyata keçirilən layihə və humanitar yardım tədbirlərin əhəmiyyəti qeyd edilib. Azərbaycanın işğal olunmuş əraziləri azad olunduqdan sonra məcburi köçkünlərin geri qayıdışının həyata keçirilməsində BMT-nin təsissatları ilə əməkdaşlığın davam etdiriləcəyinə inam ifadə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar