Xəbər lenti
Hərbi qulluqçumuzun meyiti hələ də geri qaytarılmayıb - Azərbaycan XİN
Ermənistan beynəxalq humanitar hüququn, xüsusilə Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozur və erməni təxribatı nəticəsində həlak olmuş hərbi qulluqçumuz Çingiz Qurbanovun meyitini hələ də geri qaytarmayıb.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, bununla əlaqədar Azərbaycan XİN digər aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq beynəlxalq təşkilatlara müraciətlər göndərib, lakin Ermənistan tərəfi Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı müraciətləri cavabsız qoyur və öz qeyri-insani simasını nümayiş etdirməkdə davam edir:
“Bu təxribat bir daha onu göstərdi ki, regionda sülh üçün ən böyük təhlükə məhz Ermənistanın hərbi-siyasi rejimidir. Ermənistanın belə təxribatlarının əsl məqsədi münaqişənin həllinə imkan verməmək və vəziyyəti gərginləşdirməkdən ibarətdir. Dövlət sərhədində baş verən təxribatların arxasında bilavasitə Ermənistan durur”.
H.Hacıyev əlavə edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) prosesə cəlb etməklə regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyur və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlara ciddi zərbə vurur:
“Bu gün Ermənistanda və erməni diaspor dairələrində bir sıra sağlam düşüncəli qüvvələr münaqişənin həlli ilə əlaqədar pozitiv və konstruktiv fikirlərlə çıxış etsələr də, Ermənistanın hərbi-siyasi rejimi buna imkan vermir. Ermənistanın Xarici İşlər Nazirliyi və digər rəhbər şəxslərinin son açıqlamaları da bir daha bunun bariz nümunəsidir ki, Ermənistan regionda öz aqressiv siyasətini davam etdirir və bunun da mahiyyəti Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və mövcud status-kvonun saxlanmasıdır”.
Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.Trend
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar