Xəbər lenti 
					
 
		Rusiya Qarabağın sayəsində buna nail olur - Eks-prezident

Rusiya Prezidenti Vladimir Putin bundan sonra Ukraynanın NATO və Avropa Birliyinə üzvlüyünə maneə yaradacaq.
Manevr.az xəbər verir ki, bunu “Liga.net” saytına müsahibəsində Polşanın eks-prezidenti Aleksandr Kvasnevski deyib.
“Mən 2005-ci ilə qədər Putinlə çox danışmışam. Onun iki strateji hədəfi var. Birincisi, o, Rusiyanı dünya arenasında böyük oyunçu etmək istəyir. Buna artıq nail olub. İkinci məqsəd isə Rusiyanın keçmiş SSRİ-nin toplayıcısı statusuna nail olmasıdır”, – deyə o bildirib.
O, Kremlin dondurulmuş konfliktlər üçün “yaxşı mütəxəssis” olduğunu deyib. Kvasnevski Rusiyanın bunu Dağlıq Qarabağ, Dnestryanı, Gürcüstan və Ukraynada sübut etdiyini bildirib:
“Rusiya öz siyasətini belə konfliktlər əsasında qurur. Putinə sizin ölkəniz lazımdır ki, Rusiyanı böyük ölkəyə çevirsin. O başa düşür ki, Baltikyanı ölkələri bir daha görməyəcək, amma Ukraynaya görə mübarizə aparacaq. Ona görə də Moskvanın Ukrayna siyasətində hansısa dəyişikliklər gözləməyə dəyməz”./axar.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















