Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstan hesabat açıqladı - Azərbaycan təyyarəsi vurulub!

Tarix: 25-12-2025 18:30     Baxış: 326 A- / A+
Qazaxıstan hesabat açıqladı - Azərbaycan təyyarəsi vurulub!Qazaxıstan 2024-cü ildə Aktaunun yaxınlığında qəzaya uğramış Azərbaycan Hava Yollarına məxsus təyyarə ilə bağlı araşdırmanın aralıq hesabatını açıqlayıb.
Manevr.az-ın məlumatına görə, Qazaxıstanın Nəqliyyat Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, qəza ilə bağlı istintaq komissiyası hava gəmisinin bort registratorlarını çıxarıb və məlumatların deşifrə edilməsi başa çatdırılıb.
Nazirlik vurğulayıb ki, istintaqın yekun nəticələri faktlara əsaslanacaq və obyektiv şəkildə təqdim ediləcək.
Aralıq hesabatda qeyd olunur ki, qəzaya uğrayan təyyarənin gövdəsində döyüş sursatına xas zədələyici elementlərə bənzər izlər aşkar edilib. Lakin həmin elementlərin konkret mənşəyi və kimə məxsus olduğu hələlik müəyyən olunmayıb. Eyni zamanda, istintaq zamanı təyyarənin göyərtəsində partlayıcı maddələrin izlərinə rast gəlinmədiyi bildirilib.
Qazaxıstan tərəfi istintaqın davam etdiyini və qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün bütün texniki və ekspert imkanlarından istifadə olunduğunu bəyan edib. Rəsmi açıqlamada prosesin beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun aparıldığı xüsusi vurğulanıb.
Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğramışdı. Təyyarədə 62 nəfər sərnişin və 5 ekipaj üzvü var idi. Onların 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi. Faciə nəticəsində 38 nəfər həlak olmuş, üçü uşaq olmaqla 29 nəfər sağ qalmışdı.
Hadisəyə səbəb Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən buraxılan raket olduğu bildirilib. Məsələ bir neçə ay əvvəl Düşənbədə İlham Əliyevlə Putin arasında keçirilən görüşdə də müzakirə olunub.
Vladimir Putin həmin görüşdə bildirib ki, qəzanın səbəblərinə və bu işdə məsuliyyət daşıyan şəxslərin fəaliyyətinə hüquqi qiymət veriləcək. Onun sözlərinə görə, Rusiya həm araşdırma prosesində, həm də kompensasiya məsələlərində üzərinə düşən hər şeyi edəcək: “Bu hadisəyə qəti nöqtə qoymaq üçün zamana ehtiyac var”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar