Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyada azərbaycanlılara məxsus məşhur restoran bağlandı

Tarix: 25-12-2025 12:15     Baxış: 472 A- / A+



Kazanda yerləşən "Bakinsky Dvorik" restoranının sahibi cərimələnib. Eyni zamanda müəssisədə aparılan yoxlamalar zamanı çoxsaylı inzibati və təhlükəsizlik pozuntuları aşkar edilib.
Manevr.az xəbər verir ki, hadisə Qvardeyskaya küçəsində yerləşən restoranda keçirilən korporativ tədbirdən sonra gündəmə gəlib.
Belə ki, tədbir zamanı qonaqlar Verka Serduçkanın (ukraynalı sənətçi Andriy Danilko) mahnıları sədaları altında rəqs ediblər. Qeyd olunur ki, sözügedən ifaçı Rusiyada ekstremistlər siyahısında yer alır.
Sözügedən video görüntülərin internetdə yayılmasından sonra prokurorluq məsələ ilə maraqlanıb. Araşdırma nəticəsində restoran sahibinə qarşı inzibati tədbir görülüb. Bundan əlavə, yoxlamalar zamanı müəssisədə təhlükəsizlik məlumat vərəqəsinin olmaması, yanğın təhlükəsizliyi qaydalarının pozulması və digər qanun pozuntuları müəyyən edilib.
Nəzarət orqanının qaldırdığı iddia əsasında məhkəmə restoranın fəaliyyətinin dayandırılması barədə qərar çıxarıb. Hazırda məhkəmə icraçıları qərarın icrası ilə məşğuldur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar