Sizin Reklam Burada
Xəbər lenti
23-12-2025
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

Şahin Şıxlinskinin həbs müddəti uzadıldı

Tarix: 23-12-2025 16:39     Baxış: 325 A- / A+
Şahin Şıxlinskinin həbs müddəti uzadıldıYekaterinburq məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin həbs müddətini beş ay müddətinə uzadıb.
Manevr.az APA-ya istinadən xəbər ki, Yekaterinburqun Kirovski Rayon Məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski, Səfərovlar və digər azərbaycanlıların həbs müddətini 2026-ci ilin may ayının 31-dək uzadılması haqqında qərar çıxarıb.
Onlar həmin müddətədək istintaq təcridxanasında qalacaqlar.
Şahin Şıxlinski və digər azərbaycanlıların cinayət işi üzrə andlılar məhkəməsinin üzvlərinin seçilməsi ilə bağlı məhkəmə iclası isə 15 yanvar 2026-cı ildə keçiriləcək.
Qeyd edək ki, bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itiriblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar