Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Ən çətin anlarda millətinə güvənərək oddan, alovdan çıxmağı bacaran lider

Tarix: 11-12-2025 22:02     Baxış: 3348 A- / A+

Ümummilli Lider Heydər Əlirza oğlu Əliyev Azərbaycan xalqı və Azərbaycan tarixinin bir parçası olmuş böyük şəxsiyyətdir. Bu gün xalqımızın ortaq dəyəri, şərəf rəmzi, çağdaş Azərbaycan Respublikasının qurucusunun vəfatından 22 il ötür. Onun böyük bir mübarizə ilə qurub yaratdığı şah əsəri - Azərbaycan Respublikası milli bir əsərdir, müqəddəs bir dəyərdir, möhtəşəm bir mirasdır. O, mütləq yaşayacaq və yaşadacaq.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı və Azərbaycan Respublikasının qüruru, iftixarı olmaqla bərabər ortaq dəyəri, ortaq iradəsi, ortaq səsidir.
O, dahi lider, bacarıqlı siyasətçi, mahir diplomat, müstəsna dövlət xadimi kimi xalqımızın qəlbini fəth etmişdir. 
O, ömrünü bir cəbhədən o birinə tələsərək keçirmiş, xalqına sədaqətli mübarizəsi ilə hər cür çətinliyə, hər cür pisliyə, iztiraba qarşı dərin sədd çəkə bilmişdir.
Ağıl, qətiyyət, cəsarət, səbr, inam və milli strategiya ilə qarşısına çıxan bütün maneələri bir-bir dəf edərək, qarşıya qoyduğu hədəflərə çata bilmişdir.
Ulu Öndərin böyük bir mübarizə ilə qurub yaratdığı şah əsəri – Azərbaycan və bizə əmanət etdiyi misilsiz miras daha da güclü şəkildə yaşadılacaq, milli yaddaşda əbədi olaraq qalacaqdır.
Onun qurduğu və bizə əmanət etdiyi dövlətimizi qorumaq, ucaltmaq, yaşatmaq, onu müasir və güclü sivilizasiyalar səviyyəsindən də yuxarı qaldırmaq, ulu öndər ideyalarını gələcək nəsillərimizə ötürmək bizim ən ümdə borcumuzdur. 
Ümummilli lider Heydər Əliyev sarsılmaz bir fəzilət və yenilməz xasiyyətə malik olub. Çünki onun təbiətində bədbinlik, ümidsizlik heç vaxt görünməyib və özünə yer tapmayıb. Ən çətin anlarında millətinə güvənərək oddan, alovdan çıxmağı bacarıb, heç bir məcburiyyətə, heç bir hücuma, heç bir imkansızlığa boyun əyməyib.
Onun xarakteri müstəqilliklə bəzədilib. Tanrı ona müstəqil Azərbaycana da rəhbərlik etməyi nəsib etdi. Bu illərdə onun tarixi qərarları millətinə olan hədsiz məhəbbəti ilə kəskinləşdi və milli suverenliyə tam sədaqəti ilə daha da möhkəmləndi.
Ulu Öndər cismən aramızda olmasa da, ən böyük əsəri adlandırdığı Azərbaycan Respublikası əbədiyyən yaşayacaq və sonsuza qədər var olacaq. Çünki miras əmin əllərdədir. Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, prinsipləri, idealları, Vətən sevgisi ilə əvəzolunmaz simvola çevrilən Cənab Prezident İlham Əliyev Azərbaycan xalqının göz nuru, vuran nəbzi, qəhrəmanlıq sədasıdır.
Ulu öndər deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli, Cənab Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə, uğurla həyata keçirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz 44 günə ölkəmizin ərazi bütövlüyünü bərpa, cəmi 23 saata isə dövlət suverenliyimizi təmin edərək şanlı bir yol keçdi ki, bir çox dünya xalqları bu qəhrəmanlıq dastanına yalnız həsəd apara bilər.
İnanıram ki, sinəsindən vulkanın ağzı kimi fışqıran qəhrəmanları ilə Azərbaycan xalqı bundan sonra da bir yumruq kimi birləşərək müstəqilliyini, milli birlik iradəsini həssaslıqla qoruyacaq, işğala, xəyanətə can atanları daim məhv edəcəkdir.
Bu hiss və düşüncələrlə müstəqilliyini borclu olduğumuz çağdaş Azərbaycan Respublikasının banisi, Ümummilli Lider Heydər Əliyevi, onun silahdaşlarını və azadlıq mübarizəmizin bütün qəhrəmanlarını sonsuz ehtiram və minnətdarlıqla anıram.











Tural Akif oğlu Vəlizadə
Milli Müdafiə Universiteti tabeliyində Bakı Hərbi Kollecinin müəllimi
Bakı Qızlar Universitetinin baş müəllimi
Bakı Dövlət Universitetinin doktorantı

 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar