Xəbər lenti
Əbülfəs Qarayevin Rusiya ilə əlaqələri haqda şok faktlar
Sabiq nazirlər və digər vəzifəli şəxslərin öz bizneslərini xaricə köçürmələri nə ilə bağlıdır? Əbülfəs Qarayevin Rusiyada biznes şəbəkəsinin olması hansı anlama gəlir? Rusiya ilə belə dərin münasibətlər ölkəmiz və dövlətimiz üçün nə dərəcədə təhlükəlidir?
Manevr.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Globalinfo.az-a açıqlamasında bəzi məmurların ölkə xaricində əmlak və ya bizneslərinin olması barədə vaxtaşırı olaraq iddialar səsləndirildiyini bildirib.
“Ümumiyyətlə, Azərbaycanda həm keçmiş, həm də hazırkı məmurların Rusiyada, Türkiyədə, Avropada, Birləşmiş Ərəb Əmirliklərində əmlak və bizneslərinin olduğu ictimaiyyətə məlumdur. Lakin bu, həmin ölkələrlə xüsusi münasibətlərə malik olduqları anlamına gəlmir. Adətən onlar əmlaklarını müxtəlif ölkələrə bölüşdürərək riskləri azaltmağa çalışırlar. Azərbaycanda mülkiyyət hüququnun müdafiəsi zəif olduğuna görə məmurlar da, adi vətəndaşlar da əmlaklarını ölkədə saxlamaqdan çəkinir. Burada hətta sıravi vətəndaşın mülkiyyətinin əlindən alındığı hallar müşahidə olunduğu üçün məmurlar üçün risk daha böyük hesab olunur”, - o deyib.
Hüquqşünas qeyd edib ki, bu məsələdə keçmiş və indiki məmurlar arasında müəyyən fərqlər var:
“Əvvəlkilər gələcəklərini qismən də olsa Azərbaycanda görürdülər. Hazırkı məmurlar isə çox vaxt vəzifədən ayrıldıqdan sonra ölkəni tərk etmək niyyətində olur və buna uyğun olaraq əmlaklarını xaricə çıxarırlar. Bu isə hər hansı ölkə ilə xüsusi əlaqə deyil, sadəcə özlərini hüquqi risklərdən sığortalama cəhdidir.
Bu vəziyyət yalnız Əbülfəs Qarayevə aid deyil. Təxminən bütün məmurların müxtəlif ölkələrdə əmlak və biznesləri mövcuddur. Təkcə Rusiyada deyil, bir neçə ölkədə aktivlərinin olması ehtimal edilir. Qeyd etmək lazımdır ki, o, uzun müddətdir vəzifədən gedib və onun dövründə hazırkı məmurlar kimi böyük maliyyə imkanları olmayıb”.
Ə.Həsənov qeyd edib ki, bunların əsas səbəbi korrupsiya və müvafiq nəzarət mexanizmlərinin işləməməsidir:
“Məmurların gəlir bəyannaməsi haqqında qanun 20 il əvvəl qəbul edilsə də, hələ də icra olunmur. Daşınmaz əmlak və hüquqi şəxslər reyestrləri qapalıdır, dövlət satınalmalarında şəffaflıq yoxdur. Belə şəraitdə korrupsiyanın qarşısını almaq çətinləşir və məmurlar əldə etdikləri vəsaitləri ölkədən çıxarmağa üstünlük verirlər. Bu səbəbdən məmurların əmlaklarının yalnız Rusiyada olması faktını həmin ölkə ilə xüsusi münasibət kimi qiymətləndirmək düzgün deyil. Onlar adətən müxtəlif ölkələrdə aktiv saxlayaraq özlərinə təhlükəsizlik təmin etməyə çalışırlar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































