Azərbaycanda işçilərin işdən azad olunması ilə bağlı qaydalara dəyişiklik təklif edilir.
Manevr.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər və Aqrar siyasət komitələrinin birgə iclasında müzakirələr aparılıb.
Təklif olunan dəyişikliklərə əsasən, icbari tibbi müayinə nəticəsində verilən tibbi rəydə işçinin əmək funksiyalarını yerinə yetirməsinə əks göstərişlər müəyyən edilərsə, həmin işçi işdən azad oluna bilər. Eyni zamanda, işçinin əməyin mühafizəsi üzrə təlimdə iştirakdan və biliyinin yoxlanılmasından imtina etməsi, eləcə də əmək vəzifələrinin pozulması faktının araşdırılmasına mane olması da işdən çıxarılma üçün əsas kimi müəyyən edilir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, dəyişikliklər işçi və işəgötürən arasında münasibətlərin daha aydın tənzimlənməsinə xidmət edir:
"Vəzifələrin icrası zamanı müddətin qəsdən uzadılması, işin keyfiyyətsiz yerinə yetirilməsi, vəzifəyə aid olmayan digər işlərin görülməsi kimi hallar dəqiqləşdirilir. Bu, tərəflər arasında münasibətləri daha şəffaf edir".
İnsan resursları üzrə menecer Röyal Əhmədovun sözlərinə görə, təklif olunan dəyişikliklər əmək münasibətlərində daha konkret çərçivə yaradacaq:
"Mövcud qaydalardakı qeyri-müəyyənlik bəzən şirkətləri çətin vəziyyətdə qoyur. Qaydalar dəqiq olmadığından işəgötürən hansı addımı necə atacağını bilmir. Dəyişikliklər həm işəgötürənin, həm də işçinin hüquqlarının daha aydın şəkildə qorunmasına imkan verəcək".
İqtisadçı Eldəniz Əmirov isə bildirib ki, dəyişikliklərin mahiyyəti işəgötürənin atdığı addımların hüquqi əsaslarının qanunda daha konkret şəkildə təsbit edilməsidir:
"Tibbi sənədlərdə iş üçün yararsızlıq, təlimlərdən imtina və digər uyğunsuzluq hallarında işəgötürən əmək müqaviləsini onsuz da davam etdirmirdi. Sadəcə, bu prosesin Məcəllədə hüquqi əsasının göstərilməsi həmin hallarda istinad nöqtəsinin olmasını təmin edir".
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































