Sizin Reklam Burada
Xəbər lenti
05-12-2025
04-12-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə Gültəkin Hacıbəylini niyə Bakıya göndərmir?

Tarix: 03-12-2025 21:23     Baxış: 343 A- / A+
Milli Şuranın üzvü Gültəkin Hacıbəyli 29 noyabrda İstanbulda polis bölməsinə aparılıb və noyabrın 30-u səhər saatlarında Arnavutköy deportasiya məntəqəsinə yerləşdirilib. Onun Azərbaycana deport ediləcəyi bildirilsə də, indiyə qədər bu addım atılmayıb.

İstanbulda yaşayan və adının açıqlanmasını istəməyən hüquq müdafiəçisinin verdiyi məlumata görə, Arnavutköy deportasiya məntəqəsi olduqca böyük yerdir və deport edilməsi nəzərdə tutulan müxtəlif ölkələrin vətəndaşları ora göndərilir.

“Əgər şəxs deport olunmasına etiraz edirsə, ona 15 gün müddətində özünü müdafiə etmək hüququ verilir. Ehtimal ki, Gültəkin Hacıbəyli deport olunmasına etirazını bildirib və bu istiqamətdə hüquqi proseduralar işə düşüb. Onun vəkilləri 15 gün ərzində Gültəkin Hacıbəylinin niyə deport olunmaması gərəkdiyini sübut etməlidirlər”, - mənbə bildirib.

Qeyd edək ki, Gültəkin Hacıbəyli Türkiyəyə 25 sentyabrda getdiyini, 3 aylıq müddətin 25 dekabrda tamam olduğunu (Azərbaycan vətəndaşları Türkiyədə vizasız 3 aylıq qalma hüququna malikdir), eyni zamanda, 2 illik oturum iznini əsas gətirərək, deportasiya olunmasını qanunsuz saymışdı.

Miqrasiya məsələləri üzrə ekspertlər isə bildirirlər ki, Gültəkin Hacıbəyli siyasi sığınacaq üçün müraciət etmədiyindən, onun Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusuna cavab olaraq deportunda qanunsuzluq yoxdur. axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar