Sizin Reklam Burada
Xəbər lenti
05-12-2025
04-12-2025
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Tarix: 03-12-2025 10:47     Baxış: 430 A- / A+
Qazaxıstan Nəqliyyat Nazirliyinin 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında "Azerbaijan Airlines" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırması yekunlaşmaq üzrədir.

Manevr.az "report"a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev jurnalistlərə bildirib.
"Hadisənin cinayət hissəsi ilə Baş Prokurorluq, aviasiya insidentinin texniki araşdırması isə Nəqliyyat Nazirliyi məşğul olur. Nəqliyyat Nazirliyi artıq (öz araşdırmasının - red.) son mərhələsinə yaxınlaşıb. Hazırda mütəxəssislər xarici lisenziyalaşdırma strukturlarından - texnologiya və avadanlıqların, o cümlədən aeronaviqasiya sistemlərinin rəhbərlərindən rəy gözləyirlər. Bu sənədlər alındıqdan sonra nazirlik araşdırmanın öz hissəsini ya bu ilin sonuna qədər ya da gələn ilin əvvəlində tamamlamağa hazırdır", - K.Bozumbayev qeyd edib.
O, cinayət araşdırmasında müəyyən irəliləyişin olduğunu vurğulayıb: "Qonşu dövlətlərin liderlərinin bəyanatlarını görmüsünüz. Ümid edirik ki, həmin ölkələrdə də aparılan təhqiqat işləri tamamlanacaq".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan və 3-ü Qırğızıstan vətəndaşı olmaqla 62 sərnişin, həmçinin 5 nəfər ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, üç uşaq daxil olmaqla 29 nəfər sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar