Xəbər lenti
Erməni jurnalistlər Bakıya gələcək?
Manevr.az-ın xəbərinə görə, modern.az-a açıqlamasında BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, Tbilisidə “Media nifrətə və düşmənçiliyə qarşı” mövzusunda mətbuat nümayəndələrinin görüşü keçirilib.
29 noyabrda baş tutmuş görüşdə Gürcüstan və Ermənistan jurnalistləri iştirak ediblər.
O bildirib ki, müzakirədə məqsəd peşəkar medianın millətlərarası münasibətlərin tənzimləməsində rolunu artırmaq və nifrət nitqlərindən istifadə etməməkdir.
Əməkdar jurnalist qeyd edib ki, bu söhbətlərin məqsədi ondan ibarətdir ki, cəmiyyətlər arasında düşmənçilik toxumu yenidən səpilməsin, insanlar bir-birinə qarşı dayanmasın və münasibətlərin normallaşmasına doğru addımlar atılsın:
“Belə görüşlər təkcə 44 günlük müharibə ilə bağlı deyil. Dünyada - Rusiya–Ukrayna və digər konfliktlərdə analoji situasiyalarda medianın davranışı, istifadə olunan terminologiya, cəmiyyətlərin psixoloji hazırlığı mühüm rol oynayır. Müharibə gedirsə və ya başa çatıbsa, sülh prosesinin formalaşdığı dövrdə media hansı ifadələrdən istifadə etməlidir, hansılardan etməməlidir ki, xalqlar yenidən bir-birinə qarşı dayanmasın?
Hər iki tərəfdə aqressiv, maksimalist düşüncəyə sahib insanlar olduğu kimi proseslərin yumşalmasını, etik qaydalara əməl olunmasını istəyən şəxslər də var. Bu səbəbdən qeyri-hökumət təşkilatları, media nümayəndələri və ictimai fəalların qarşı tərəfə səfərləri, dialoqlar aparması təbii qəbul edilməlidir. Qarabağ zəfəri ilə bitirdiyimiz 44 günlük müharibədən sonra iki tərəfin tədricən bir-birinə yaxınlaşması prosesi başlayıb".
Qulu Məhərrəmli qeyd edib ki, keçmiş faciələr, ermənilərin Qarabağda törətdiyi qırğınlar unudulmamlıdır.
"Hal-hazırda önəmli olan budur ki, düşmənçilik yenidən alovlandırılmasın.
Tədbirdə müharibə sonrası münasibətlərin tənzimlənməsi məqsədi ilə yeni media terminlərinin istifadəsi də müzakirə olunub. Etik kodekslərin tətbiqi, uyğun nitq və ifadələrin işlədilməsi zəruridir.
Danışıqların davamı kimi erməni jurnalistlərin Bakıya gəlməsi mümkündür. Buna artıq zəmin yaranıb. Lakin vurğulayım ki, görüş hələ media əməkdaşlığının başlanması deyildi. Orada konkret olaraq “Media nifrətə və düşmənçiliyə qarşı” mövzusu müzakirə olunub.
Əlbəttə ki, cəmiyyətlər arasında əməkdaşlıq tədricən artırılmalıdır.
8 Avqust Sülh bəyannaməsinin hüquqi-rəsmi təsirini artıq görürük. Dövlət səviyyəsində siyasi tənzimləmələr sülhün davamlılığı üçün mühüm addım hesab edilir", - bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar


























.jpg)






