Sizin Reklam Burada
Xəbər lenti
01-12-2025
30-11-2025
BÜTÜN XƏBƏRLƏR

"1 Dekabr - qaranlıqların ən qaranlıq anında xəyaldan gerçəyə çevrilən gün" - Tural Vəlizadə

Tarix: 30-11-2025 12:16     Baxış: 1342 A- / A+

    2020-ci ilin 1 dekabrı milli tariximizin şanla, şərəflə, zəfərlə dolu müstəsna günlərindən biridir. Tarixin həmin günü Azərbaycan dövləti Zəngəzurun baş tacı – Laçın rayonunu düşmən işğalından azad etmişdir.
Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, 1835 km2-lik dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə indiki Ermənistan Respublikasının nəzarətində olan Qərbi Zəngəzur bölgəsinin Qarakilsə və Gorus rayonları ilə həmsərhəddir.
1923-cü ilədək Abdallar adlanan Laçın şəhəri 1930-cu ildə təsis edilmiş Laçın inzibati rayonunun mərkəzinə çevrilmişdir.
Laçın dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələrinə, zəngin mineral bulaqlarına və faydalı qazıntı yataqlarına malikdir. Rayonda yerləşən tarix, mədəniyyət və memarlıq abidələri, o cümlədən IX əsrə aid Ağoğlan məbədi, XI əsrə aid Dəmrovlu Pir Məbədi, XVII əsrə aid Kar Künbəz türbəsi, XV əsrə aid Uşaq qalası, Bayqara mağaraları, orta əsrlərə aid sənduqə, qoç və at abidələri, dəmir və tunc dövrünə aid kurqanlar, qəbiristanlıqlar və onlarca digər məbədlər 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal edildikdən sonra dağıdılmış və özününküləşdirilmiş, bu ərazilərin zəngin təbii sərvətləri qanunsuz istismar olunaraq talan edilmişdir.
 
44 günlük Vətən müharibəsində əldə olunan Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılmışdır. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi nəticəsində 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülmüşdür. Məhz bu gün - 26 avqust “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Laçın şəhəri günü kimi qeyd edilir.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 sentyabrın 2022-ci ildə Laçın şəhərində Azərbaycan Bayrağını ucaltmışdır.
 






23 aprel 2023-cü ildə Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulmuşdur. Ölkəmizin öz suveren ərazisində - sərhəddə nəzarət-buraxılış məntəqəsini təsis etməsi legitim qərarı idi və bu addım bütün beynəlxalq hüquq prinsiplərinə və normalarına uyğun olaraq həyata keçirilmişdir. “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam bərpasını təmin edən mühüm bir addım kimi tarixə keçmişdir.
Laçın şəhərinin və rayonunun dağıdılmış infrastrukturunun dirçəldilməsi məqsədilə Prezidentin xüsusi diqqəti nəticəsində intensiv olaraq bərpa işləri aparılır, yaşayış məntəqələri yenidən qurulur. 2023-cü il mayın 27-dən etibarən Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.
Böyük Qayıdış çərçivəsində dövlət başçısı tərəfindən iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələrin tikildiyi, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkildiyi, qaz təchizatı təmin olunduğu Zabux, Sus və Bəylik kəndlərinin açılışı edilmişdir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir. Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar işğal nəticəsində uzun illər ərzində sosial-iqtisadi cəhətdən inkişaf etməmiş bölgənin yenidən iqtisadi aktiv məkana çevrilməsinə və iqtisadi dövriyyəyə cəlb edilməsinə, bununla da əhalinin rifahının artmasına töhfə verəcək. Həyata keçirilən layihələr çərçivəsində Laçında “Həkəri Balıq Təsərrüfatı” və “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonu işə başlamışdır.
Dövlət başçısı tərəfindən Laçında bir sıra baza və sosial infrastruktur obyektləri açılmışdır. Bu obyektlər arasında hava limanının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2025-ci il mayın 28-də açılışı edilmiş mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır.
 
Həmin gün - mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın şəhərində Zirvə Görüşü keçirilmiş və 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirdə iştirak etmiş, nitq söyləmişlər.
 



Dövlət başçısının işğaldan azad edilmiş ərazilərin bərpasına və regionda turizmin inkişafına göstərdiyi diqqət nəticəsində Laçın rayonunun dağ zirvəsində yerləşən və bölgənin turizm potensialını əks etdirən mühüm layihələrdən biri olan “Laçın” İstirahət Kompleksi açılmışdır.
Bununla yanaşı, bugünədək Laçın şəhərində modul tipli Laçın Mərkəzi Xəstəxanası, Laçın şəhər, Zabux kənd və Sus kənd tam orta məktəbləri, həkim məntəqəsi əhalinin istifadəsinə verilmiş, “Mişni”, “Alxaslı”, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları, “Aşağı Malıbəyli” və “Mirik” Su Elektrik stansiyaları, “Laçın” şəhər yarımstansiyası və Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi, müxtəlif qurumların inzibati binaları və bir sıra ictimai-iaşə obyektləri fəaliyyətə başlamışdır.
Min illərdir ki, müqəddəs vətən torpağını qanları ilə sulayan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Azadlıq mübarizəmizin bütün qəhrəmanlarını – Azərbaycan dövlətinin əbədi olacağı inancı ilə əsrlər boyu vətənimizə, millətimizə, məmləkətimizə xidmət edən hər kəsi sonsuz ehtiram və minnətdarlıqla anıram.
Şəhidlərimizin ruhu şad olsun! 1 Dekabr – Laçın rayonunun azad olunmasının 5-ci ildönümü mübarək olsun!
 
 












Tural Akif oğlu Vəlizadə
Milli Müdafiə Universiteti tabeliyində 
Bakı Hərbi Kollecinin müəllimi
Bakı Qızlar Universitetinin baş müəllimi
Bakı Dövlət Universitetinin doktorantı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar