Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Əli Kərimlinin evində axtarış aparılıb - YENİLƏNİB

Tarix: 29-11-2025 15:51     Baxış: 381 A- / A+
Əli Kərimlinin evində axtarış aparılıb - YENİLƏNİB
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mənzilində axtarış aparılıb. 
Manevr.az xəbər verir ki, axtarışın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində açılan cinayət işi çərçivəsində aparıldığı qeyd edilir.

Əli Kərimlinin saxlanıldığı barədə bir qədər öncə yayılan məlumat hələ ki rəsmən təsdiqlənməyib.

Xatırladaq ki, Səbail rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

***
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin saxlanıldığı barədə məlumat yayılıb.

Manevr.az xəbər verir ki, məlumatı sosial şəbəkədə partiyanın Nərimanov şöbəsinin sədr müavini Səyyad Quliyev yayıb.

Əli Kərimlinin saxlanılma səbəbi barədə məlumat verilməyib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının onun evində axtarış apardığı bildirilir. Axtarışın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) açılan Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparıldığı qeyd edilir.

Digər məlumata görə, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim də polislər tərəfindən saxlanılıb.

AXCP-dən geniş məlumat yayılacağı bildirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar