Sizin Reklam Burada
Xəbər lenti
18-04-2026
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanla Gürcüstan arasında hərbi təhsil üzrə əməkdaşlıq müzakirə olunub

Tarix: 24-11-2025 17:51     Baxış: 379 A- / A+


Azərbaycanla Gürcüstan arasında hərbi təhsil üzrə əməkdaşlıq müzakirə olunub
Noyabrın 24-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda Gürcüstan Müdafiə Nazirliyinin "Müdafiə İnstitutlarının Qurulması Məktəbi"nin (DIBS) rəhbər heyəti ilə görüş keçirilib.
Manevr.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.Görüşün məqsədi Azərbaycan və Gürcüstan respublikaları Müdafiə nazirlikləri arasındakı "Müdafiə və Təhlükəsizlik üzrə Strateji Proqram" çərçivəsində təhsil üzrə ekspertlərlə görüşmək, həmçinin Azərbaycanın təhlükəsizlik, müdafiə siyasəti ilə tanış olmaq olub.
Nümayəndə heyətinə təqdim olunan brifinqdə İnstitutun yaranma tarixi, missiyası, tədris strukturu, tədris proqramları və təhsil istiqamətləri barədə ətraflı məlumat verilib, eləcə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Daha sonra nümayəndələrin tədris imkanlarını yaxından tanıması üçün təhsil gəzintisi təşkil olunub və Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlar və tətbiq olunan yeniliklər barədə məlumat çatdırılıb.
Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim edilib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar