Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Erməni ekspertlər sabah Azərbaycana gəlir

Tarix: 20-11-2025 17:49     Baxış: 4100 A- / A+
Erməni ekspertlər sabah Azərbaycana gəlir
Erməni ekspertlər sabah Bakıya səfərə yola düşəcəklər.
Manevr.az xəbər verir ki, Ermənistan hökuməti bugünkü iclasında 21-22 noyabr tarixlərində Bakıda keçiriləcək dəyirmi masada 5 ekspertin iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkilinə görə 17 milyon 550 min dramın ayrılması barədə qərar qəbul edib.
Qərarın əsaslandırılmasında deyilir ki, dəyirmi masada iştirak Ermənistanla Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmasların intensivləşməsinə və iki dövlətin cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi mexanizmlərinin formalaşdırılmasına imkan verəcək.
Qeyd edək ki, 22 oktyabrda İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Dəyirmi masa Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə baş tutub. Vətəndaş cəmiyyəti nümayəndələrinin görüş təşəbbüsü sülh gündəliyini 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamə ruhunda təbliğ etmək məqsədi daşıyıb.apa

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar