Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan Azərbaycana bu qədər ərazi qaytaracaq - Paşinyanın bəyan etdiyi DETAL

Tarix: 20-11-2025 09:39     Baxış: 392 A- / A+
Ermənistan 57 kvadratkilometr ərazini Azərbaycana verəcək.
Manevr.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Nəşr yazır ki, Ermənistan ərazisi SSRİ vaxtında “29,800 kvadratkilometr” göstərilirdi: “Lakin baş nazir bir müddət öncə ölkə ərazisinin 29,743 kvadratkilometr olduğunu bildirdi və bundan sonra dövriyyəyə bu rəqəm buraxıldı”.
Paşinyan Ermənistanın dəqiq ərazisinin 29,743 kvadratkilometr olduğunu bəyan etmişdi. Erməni müxalifəti isə bu rəqəmlə razılaşmır. Əslində XX əsrin əvvəlində Azərbaycan torpaqları hesabına yaradılan Ermənistan adlı ölkənin ərazisi 10 min kvadrakilometrdən az idi. Əsrin əvvəlində və SSRİ dövründə Ermənistanın ərazisi Azərbaycan torpaqları hesabına genişləndirildi. Paşinyanın və opponentlərinin mübahisə etdiyi ərazi isə Ermənistan SSR-yə aiddir.
Nəşr iddia edir ki, Paşinyanın qeyd etmədiyi 57 kvadratkilometr ərazi yaxın gələcəkdə Azərbaycana verilməsi üçün nəzərdə tutulur.
“Bu, böyük ehtimalla uzunluğu 42 kilometr, eni isə 5 kilometr olacaq TRİPP layihəsi (Zəngəzur dəhlizi-red) ilə bağlıdır. Lakin 42 kilometr uzunluqda, 5 kilometr enində olacaq dəhlizin ərazisi 210 kvadratkilometrə qədər arta bilər”, - nəşr yazır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar