Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Deyir ki, ailəm Mehdiyevin arvadı ilə erməni dilində danışıb...

Tarix: 17-11-2025 18:43     Baxış: 354 A- / A+


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP Ağsaqqallar Şurasının üzvü Əli Həsənov Xural TV-nin rəhbəri Əvəz Zeynallının onun həyat yoldaşının erməni dilində danışdığı və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin erməni əsilli arvadı ilə Mehdiyev vəzifədə olarkən vaxtaşırı Badamdardakı villada görüşlər keçirdiyi, görüşlərdə erməni dilində danışdıqları, ermənilərlə qohum olan şəxslərin vəzifələrə irəli çəkilməsi istiqamətində iş apardıqları haqda dediklərinə cavab verib.
Manevr.az xəbər verir ki, təkzibini əlyazma formasında musavat.com-aa göndərən Əli Həsənov Əvəz Zeynallının dediklərinin onun ailəsinə qarşı şər-böhtan olduğunu bildirib:
“Xural TV-nin rəhbəri Əvəz Zeynallı Ramiz Mehdiyevdən danışarkən mənim ailəmin guya Ramiz Mehdiyevin ailəsi ilə erməni dilində danışdığını deyir və guya Badamdarda villa tikintisində işləyən fəhlənin ona dediklərinə istinad edir. Sonra deyir ki, bilmirəm o fəhlə sağdı, ya ölüb və hətta həmin fəhləyə təşəkkür edir. Əvvəla, mənim ailəm Ramiz Mehdiyevin ailəsinin heç üzünü də görməyib və erməni dilində bir söz də bilmir. Mənim Badamdarda heç bir villam yoxdur. Ailəm isə qarabağlıdır -Ağcabədidə dünyaya göz açıb. Əvəz Zeynallının dedikləri ifrat dərəcədə şər və böhtandır. O birinci dəfə deyil mənim ünvanıma şər-böhtan danışır. Özü də sifarişlə”.
22 il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olaraq məcburi köçkünlərin problemləri ilə məşğul olduğunu vurğulayan Əli Həsənov daha sonra deyib:
“Ulu Öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin qərar və tapşırıqlarını, onların mənə verdikləri geniş səlahiyyətlərdən istifadə edərək qaçqın və məcburi köçkünlər arasında ictimai-siyasi sabitliyin qorunub-saxlanması üçün lazımi tədbirlər görmüşəm. Həmin dövrdə mənim ünvanıma mətbuatda çoxsaylı şər-böhtanlar yazılıb. Mən heç birinə cavab verməmişəm, çünki bilirdim ki, bu yazılar sifarişlə yazılır və qaçqın və məcburi köçkünlər arasında ictimai-siyasi sabitliyin pozulmasına yönəlib. Hər dəfə mənə qarşı böhtanlar yazıldıqca, mən əksinə qeyd etdiyim istiqamətdə gördüyüm tədbirləri daha da gücləndirirdim. İndi Əvəz Zeynallının danışığına ona görə cavab verirəm ki, o, mənim ailəm barədə ağlasığmaz dərəcədə şər-böhtan danışıb, özü də hədəfi yayındırmaq üçün. Ailə müsəlman aləmində hər bir kişi üçün müqəddəsdir. Başqasının ailəsinə qarşı şər-böhtan danışmaq heç kimə başucalığı gətirmir və bu, yolverilməzdir, heç bir çərçivəyə sığmır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar