Sizin Reklam Burada
Xəbər lenti
13-11-2025
12-11-2025
11-11-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanın ədliyyə naziri Azərbaycana gəlib

Tarix: 13-11-2025 15:08     Baxış: 426 A- / A+


Gürcüstanın ədliyyə naziri Azərbaycana gəlib
Ədliyyə naziri Fərid Əhmədov gürcüstanlı həmkarı Paata Salia ilə görüş keçirib.
Ədliyyə Nazirliyindən verilən xəbərə görə, nazir qonağı Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edib və vurğulayıb ki, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan əlaqələr təkcə ikitərəfli səviyyədə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.
Fərid Əhmədov qeyd edib ki, cari ildə Gürcüstanın prezidenti Mixail Kavelaşvilinin, eləcə də Baş naziri İrakli Kobaxidzenin vəzifəyə başladıqdan sonra ilk rəsmi səfərlərini məhz Azərbaycana etmələri iki ölkə arasında münasibətlərin səmimi xarakterini və qarşılıqlı hörmətə əsaslandığını bir daha nümayiş etdirir.
Görüşdə icra, xüsusi icra və probasiya sahələrinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, bu istiqamətdə Gürcüstanla səmərəli təcrübə mübadiləsinin aparılması, həmçinin 2022-ci ildə Batumidə keçirilən Hüquq Forumu və imzalanmış Əməkdaşlıq Memorandumunun əlaqələrin inkişafına verdiyi töhfə müzakirə olunub. Tərəflər gələcəkdə də birgə tədbirlərin keçirilməsi və əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdə ədliyyə sahəsində rəqəmsallaşmanın hər iki ölkə üçün prioritet olduğu qeyd edilib. Bildirilib ki, ölkəmizdə icra proseslərinin rəqəmsallaşdırılması istiqamətində atılan innovativ addımlar - “Elektron hərrac” platforması, “Mobil icra” tətbiqi, eləcə də sənədlərə və qanunvericilik bazasına çıxışı təmin edən “E-qanun.ai” süni intellekt dəstəkli hüquqi axtarış platforması uğurla fəaliyyət göstərir.
Sonda vurğulanıb ki, bu səfər və keçirilən görüşlər təcrübə və fikir mübadiləsinə, eləcə də Azərbaycan və Gürcüstan arasında hüquqi əməkdaşlığın daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar