Sizin Reklam Burada
Xəbər lenti
12-11-2025
11-11-2025
BÜTÜN XƏBƏRLƏR

İH-lərin ləğvi: Xüsusi nümayəndəlik nə vaxt tətbiq ediləcək?

Tarix: 13-11-2025 09:35     Baxış: 322 A- / A+
İH-lərin ləğvi: Xüsusi nümayəndəlik nə vaxt tətbiq ediləcək?İcra hakimiyyətlərinin ləğvi ilə bağlı məsələ aylardır mətbuatda müzakirə olunur. Mediada bu barədə müxtəlif mövqelər səsləndirilir. Əsas fikir isə ondan ibarətdir ki, icra hakimiyyətləri artıq köhnəlmiş struktur kimi ləğv edilə bilər.
Manevr.az-ın xəbərinə görə, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov bildirib.
“Xüsusilə idarəçilikdə yeni tələblər, onun təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərinin aktuallığı fonunda icra hakimiyyətlərinin ləğvi barədə mövqelər getdikcə daha çox üst-üstə düşür. Əksər ekspertlərin fikrincə, Azərbaycan artıq inkişafın elə bir mərhələsindədir ki, bu mərhələdə icra hakimiyyətləri öz funksiyalarını lazımi səviyyədə yerinə yetirə bilmirlər. Nəzərə alsaq ki, icra hakimiyyətlərinin statusu Konstitusiyada təsbit olunub, onların ləğvi yalnız referendum yolu ilə mümkündür. Bütün bu məsələlər isə birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin səlahiyyətlərinə daxildir. Dövlət başçısı islahatçı liderdir və dəyişən reallıqlara adekvat olaraq ölkəmizdə dəfələrlə referendumlar keçirilib. Əgər bu məsələ aktuallaşsa və zərurət yaranarsa, icra hakimiyyətlərinin ləğvi yenidən gündəmə gələ bilər”, - o vurğulayıb.
Elman Nəsirovun sözlərinə görə, prezidentin xüsusi nümayəndə institutu artıq həm Naxçıvanda, həm də Qarabağda özünü doğruldub:
“Vaxtilə bu institut tətbiq edilərkən cənab Prezident qeyd etmişdi ki, əgər xüsusi nümayəndə institutu özünü doğruldarsa, onun tətbiqi Azərbaycanın digər bölgələrinə də şamil oluna bilər. Məsələyə bu kontekstdən yanaşdıqda, Naxçıvanda və Qarabağda institutun uğurlu nəticə verdiyi nəzərə alınsa, bu modelin ölkə üzrə tətbiqi tamamilə mümkündür. Belə olan halda, yalnız referendum keçiriləcəyi təqdirdə məsələ hüquqi həllini tapa və məlum institutdan geniş şəkildə istifadə edilə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar