Sizin Reklam Burada
Xəbər lenti
12-11-2025
11-11-2025
BÜTÜN XƏBƏRLƏR

Hərbçilər paraşütlə təyyarədən xilas ola bilərdilərmi? - AÇIQLAMA

Tarix: 12-11-2025 14:55     Baxış: 322 A- / A+

Hərbçilər paraşütlə təyyarədən xilas ola bilərdilərmi? - AÇIQLAMA

Azərbaycandan Türkiyəyə uçan “C-130 Hercules” tipli hərbi yük təyyarəsi ötən gün Gürcüstan ərazisində qəzaya uğrayıb. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində uçuş heyəti ilə birlikdə 20 hərbi qulluqçu olub. Təəssüf ki, ilkin axtarış-xilasetmə əməliyyatları nəticəsində onların hamısının həlak olduğu təsdiqlənib. Qəzanın hansı texniki və ya digər amillərdən qaynaqlandığı isə hələlik bəlli deyil.
Manevr.az-ın xəbərinə görə, hərbi ekspert Üzeyir Cəfərov Modern.az-a bildirib ki, qəza haqda yalnız araşdırma aparıldıqdan sonra dəqiq fikir söyləmək mümkün olacaq.
“Təyyarə hər nə qədər etibarlı olsa da, Türkiyədə bu məsələ olduqca ciddi şəkildə nəzarət altındadır. Zaman-zaman detallar dəyişdirilir, cari və ya əsaslı təmir işləri həyata keçirilir. Məhz buna görə də Türkiyə uzun illərdir özünü doğruldan C-130 tipli təyyarələrdən istifadə edir”.
O deyib ki, bu tip təyyarələrdə paraşüt olmur, çünki onlar mülki aviasiya üçün deyil, hərbi daşımalar üçün nəzərdə tutulub:
“Belə qəzalar zamanı xilas olmaq, demək olar ki, mümkünsüzdür.
C-130-lar hava desant qoşunları üçün deyil, əsasən yük və şəxsi heyətin daşınması üçün istifadə olunan hərbi yük təyyarələridir. Qəzanın səbəbləri arasında gözdən yayınmış korroziya elementi, quyruq hissəsinin zədələnməsi, yükün düzgün bərkidilməməsi, diqqətsizlik və ya bir çox amil ola bilər”.
Ü.Cəfərov onu da nəzərə çatıdırıb ki, kənar müdaxilə ehtimalı az olsa da, bu versiya da istintaq zamanı nəzərdən keçiriləcək:
"“Qara qutu"nun araşdırılması zamanı bu məsələ xüsusi diqqət mərkəzində olacaq. Qardaş Türkiyə uzun illərdir bu təyyarələrin etibarlılığını nəzərə alaraq istifadəsini davam etdirirdi. Yəqin ki, hadisədən sonra C-130-ların uçuşları müvəqqəti dayandırılacaq, komissiyanın yekun rəyindən sonra isə onların istismarına yenidən icazə veriləcək”.
Hərbi ekspert Ədalət Verdiyev isə hesab edir ki, C-130 uzun illər ərzində istifadə olunan, etibarlılığı sübut edilmiş bir hərbi nəqliyyat təyyarəsidir:
“Lakin 50-60 il istismarda olan bu cür təyyarələrdə zamanla gözlə görünməyən mikroçatların, çürümələr və korroziya izlərinin yaranması mümkündür. Bu hallar yüksək hündürlükdə təyyarənin konstruksiya elementləri arasında əlaqənin qırılmasına səbəb ola bilər.

Digər vacib amil yüklərin təyyarə daxilində bərkidilməsi ilə bağlıdır. Əgər yüklər kifayət qədər möhkəm sabitlənməyibsə, manevr zamanı onların yerdəyişməsi və ya ləngər hərəkəti təyyarənin balansına təsir edə bilər. Belə hallarda quyruq hissəsinə düşən əlavə yüklənmə nəticəsində onun qırılması ehtimalı artır”.

Ekspertin sözlərinə görə, görüntülərdən də aydın olur ki, təyyarənin korpusu iki yerə ayrılıb və quyruq hissəsi əsas korpusdan daha əvvəl yerə düşüb:
“Bildirmək istərdim ki, ekipaj heyəti kifayət qədər təcrübəli olub. Belə bir vəziyyətdə onların xilas ola bilmə ehtimalı, təəssüf ki, çox aşağı olub. C-130 təyyarələri, əsasən, şəxsi heyətin paraşütlə desant əməliyyatları üçün nəzərdə tutulsa da, qəza anında təyyarə daxilində yaranan vəziyyətin paraşütlə tullanmağa imkan verib-vermədiyini yalnız istintaq komissiyası müəyyən edə bilər. Mənim fikrimcə, əgər belə bir imkan olsaydı, şəxsi heyət mütləq bundan yararlanardı”,- deyə Ə.Verdiyev bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar