Sizin Reklam Burada
Xəbər lenti
12-11-2025
11-11-2025
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev icra başçılarını vəzifələrindən azad etdi - YENİ TƏYİNATLAR

Tarix: 12-11-2025 13:30     Baxış: 429 A- / A+
Prezident icra başçılarını vəzifələrindən azad etdi - YENİ TƏYİNATLAR
Bakının Nəsimi Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib.
Manevr.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənədə əsasən, bu vəzifəyə Elxan Oqtay oğlu İbrahimov təyin edilib.
Prezidentin bundan əvvəl imzaladığı Sərəncama əsasən, Elxan İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Digər bir sərəncamla Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
***
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
O, Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
***
Dövlət başçısının sərəncamına əsasən, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Çingiz oğlu Mürsəlov vəzifəsindən azad edilib.
O, Göyçay Rayon İcra Hakimiyyətinə başçısı təyin edilib. 
***
Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Manevr.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Vüqar Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
***
Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Manevr.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar