Sizin Reklam Burada
Xəbər lenti
05-12-2025
04-12-2025
BÜTÜN XƏBƏRLƏR

Türk ekspertlərdən iddialar: Toqquşma, təxribat və ya hücum...

Tarix: 12-11-2025 11:44     Baxış: 359 A- / A+
Türk ekspertlərdən iddialar: Toqquşma, təxribat və ya hücum...Türkiyədə təhlükəsizlik üzrə ekspertlər Türkiyənin C-130 hərbi-nəqliyyat təyyarəsinin noyabrın 11-də Gürcüstanda qəzaya uğramasının səbəbləri, o cümlədən xarici təsir ehtimalı ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürüblər.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Hərbi ekspert Coşqun Başbuğ bildirib ki, müxtəlif versiyalar nəzərdən keçirilməlidir:
“Qəzaya səbəb kimi texniki nasazlıq istisna edilməlidir. Eyni amil hava şəraitinə də aiddir, çünki pis hava olsaydı, müvafiq orqanlar məlumat verərdi. Qalan versiyalara isə havada toqquşma, təxribat və ya hücum daxildir”.
Digər türkiyəli təhlükəsizlik eksperti İbrahim Keleş də oxşar versiya səsləndirib:
“Fəlakətin səbəbləri ilə bağlı müxtəlif versiyaları nəzərdən keçirmək lazımdır: texniki nasazlıq, pilot xətası, mövsümi və hava şəraiti, zəif görmə. Amma xarici təsir ehtimalı da var”.
Hərbi ekspert Kazım Dalkıran da öz növbəsində C-130-ların hava hücumundan müdafiə sistemləri ilə vurula biləcəyini istisna etməyib:
“Sərhəd bölgələrində naməlum təyyarələr daimi döyüş hazırlığı vəziyyətində olan bəzi hava hücumundan müdafiə sistemləri tərəfindən avtomatik olaraq vurula bilər. Amma bu məsələdə təbii ki, Türkiyə Müdafiə Nazirliyinin açıqlamalarını gözləməliyik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar