Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Zəfərimiz şərəfimizdir! - Mənsurə Xələfbəyli yazır

Tarix: 09-11-2025 12:29     Baxış: 348 A- / A+
(Tariximizin həm qürurlu, həm ağrılı səhifəsinə ithaf olunur)

Zəfər günü - sevincli andır, amma kədərin bağrından doğan gündür.O yolda oğullar can verdi, torpaq qana boyandı. Anaların göz yaşı ilə suvarıldı Vətənin azad sabahı.Yetim uşaqların ata həsrəti, dul qadınların iztirabı yazıldı qələbənin astanasına.Zəfər günü- igidlərin qanı ilə dirçələn ana torpağın həm qurtuluşu, həm də göz yaşıdır. Yarımçıq qalmış arzular, ah çəkən xatirələr...Oğul həsrətindən ataların beli büküldü. Ağrı torpağa çökdü, ümid  göylərə qalxdı. Üçrəngli bayrağımız azadlığın nəfəsi tək səmalarda dalğalandı.Əsir düşmüş qız- gəlinin fəryadı yaddaşımıza qanla yazıldı.Onların tapdanan izzəti tarixin yaddaşına dağ çəkdi. Zəfərimiz - qüruru tapdanmış namusun ədalət günüdür!Müharibənin yetim qoyduğu körpələr -  atasını torpaq bilən, soyuq məzara "ata" deyə səslənən  övladlar, intiqam və ağrı ilə qidalandılar.  44 günlük savaşda illərin həsrəti və ağrısı ilə silaha sarıldılar.  Atasızlığın intiqamını aldılar. Zəfər günü - qanla suvarılmış torpağın dirçəlişi, şəhid ruhlarının işıq saçdığı an, ümidlərin qəlbdə yenidən doğduğu Vətən bayramıdır. Hər damla qan, hər göz yaşı azadlıq üçün yazılmış ən müqəddəs şeirdir. Bu gün ağrı ilə sevincin, qürurla göz yaşının  bir-birinə qarışdığı gündür. Zəfər günü -Allahın ədalətinin Qiyamətə saxlamadığı gündür!


Mənsurə Xələfbəyli
Yazıçı- publisist


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar