Sizin Reklam Burada
Xəbər lenti
18-04-2026
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Zəfər muzeyinə giriş bu tarixlərdə ödənişsiz olacaq

Tarix: 09-11-2025 12:09     Baxış: 395 A- / A+


Bakıda 8 noyabr tarixində açılışı olan Zəfər Muzeyi bu gündən ziyarətçilərin istifadəsinə verilib. 
Ölkə başçısı cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq ziyarətçilər Şanlı Zəfər tarixinin əbədiləşdirildiyi muzeylə 9-11 noyabr tarixlərində ödənişsiz qaydada tanış ola bilər.
Zəfər muzeyinə olan böyük maraq və ziyarətçi axını nəzərə alınaraq hər bir kəsin rahat keçidinin təminatı üçün muzeyin girişində növbə sistemi yaradılacaq. 

Noyabrın 12-dən etibarən isə muzey bilet sistemi ilə fəaliyyət göstərəcək və bazar ertəsi istisna olmaqla digər günlər saat 11:00-dan 18:00-dək açıq olacaq.
Azərbaycan vətəndaşları üçün biletlərin qiyməti: məktəb yaşlı uşaqlar - ödənişsiz, tələbələr üçün - 1 AZN, böyüklər üçün - 5 AZN; 
Xarici ölkə vətəndaşları üçün: uşaqlar - 6 AZN, böyüklər - 15 AZN 
Şəhid ailələri, müharibə iştirakçıları, hərbi qulluqçular və I, II qrup əlilliyi olan vətəndaşların muzeyə ziyarəti isə ödənişsiz qaydada olacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar