Xəbər lenti
Ərdoğan hərbi paradda Məmməd Arazın şeirini səsləndirdi

Manevr.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.
O, Azərbaycanın Xalq şairi Məmməd Arazın şeirini səsləndirərək deyib: “Məmməd Araz Azərbaycan türkünün Vətən eşqini belə söyləyirdi:
Bu gün gərək
Hər anımız Vətən! - desin.
Qılıncımız, qalxanımız
Vətən! – desin.
Ölənlərin əvəzinə
Qalanımız - Vətən! - desin.
Vətən, - desin!
Qəlbimizin hər duyğusu, hər vurğusu
Vətən! - desin.
Fərqi yoxdur, harada olaq
Zamanımız, məkanımız
Vətən! - desin!
Qəlbləri hər səfərində Vətən deyə döyünən qəhrəman qazilərimizə minnət duyğularımı ifadə edir, Uca Allah onlardan razı olsun deyirəm”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























