Xəbər lenti
“Qarabağ Zəfəri bir millət olaraq əbədi həmrəyliyimizi ifadə edir.” – Tural Vəlizadə yazır...
Tural Akif oğlu Vəlizadə Milli Müdafiə Universiteti tabeliyində Bakı Hərbi Kollecinin müəllimi
Bakı Qızlar Universitetinin baş müəllimi
Bakı Dövlət Universitetinin doktorantı
tural.akif.velizade@gmail.com
Torpaqlarımızın azadlığı uğrunda başlanan 44 günlük Vətən Müharibəsinin 8 noyabr 2020-ci ildə qazanılan şanlı Zəfərinin 5-ci ildönümünü qürurla anırıq. Bu əziz gün Azərbaycan xalqının azadlıq və istiqlal yolunda göstərdiyi misilsiz iradə, sarsılmaz inam və qəhrəmanlığın ən güclü rəmzidir.
Tarixdəki bütün zəfərlərimiz kimi, 8 Noyabr Zəfərinin arxasında da gözünü qırpmadan canlarını fəda edən igidlərimizin misilsiz şücaəti, cəsarəti dayanır.
Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi şiddətli döyüşlərdən sonra Şuşada zəfərlə bitdi. Azərbaycan xalqı 8 noyabr 2020-ci ildə əldə etdiyi bu tarixi zəfər ilə işğal və əsarət buxovlarını qopararaq, nəyin bahasına olursa-olsun müstəqilliyindən, ərazi bütövlüyündən heç bir güzəştə getməyəcəyini bütün dünyaya bəyan və sübut etdi.
Azərbaycan bu böyük zəfərlə bir daha bütün dünyaya bəyan etdi ki, bu xalq heç vaxt tabe edilməyəcək, əsarətlə barışmayacaq, müstəqilliyindən heç vaxt güzəştə getməyəcək. Azərbaycan Silahlı Qüvvələrinin milli varlığımızı qorumaq üçün apardığı şərəfli mübarizə bunun ən bariz sübutudur.
Bütün dünyaya məlum olan bu həqiqəti bu gün bir daha təkrar etmək yerinə düşər: biz həm güclü xalq, həm də köklü dövlətik. Üçrəngli, ay-ulduzlu bayrağımız minillik dövlətçiliyimizi təmsil edir. “Dünya durduqca var olsun” xeyir-duası ilə qurulan dövlətlərimizin hər biri milli kimliyimizin şərəf nişanəsi, dünyaya misilsiz miraslar bəxş edən nəcib millətimizin qüdrət və mərhəmət rəmzidir.
Bugünkü Azərbaycan Respublikası isə tarixinin ən ağrılı günlərində saysız-hesabsız sıxıntılara, məhrumiyyətlərə, məşəqqətlərə rəğmən azadlığından, istiqlalından möhkəm yapışmış fədakar millətimizin son qalası, dövlətlər zəncirimizin son həlqəsidir. Biz bu üstün şüurla şəhidlərimizin və qazilərimizin irsini uca tutmaq, mərd və fədakar əllərlə ucaldılmış Azərbaycan Respublikasının əbədi yaşamasını təmin etmək üçün var gücümüzlə çalışmalıyıq.
Böyük Zəfərin əhəmiyyəti tariximizin şanlı xatirəsi olmaqla yanaşı, həm də bizim üçün yol göstəricisidir. Xalqımız dünən olduğu kimi, bu gün də öz müstəqilliyi və gələcəyi, canından da əziz tutduğu vətəni üçün eyni dərəcədə fədakarlıq və şücaət göstərməyə hazırdır.8 Noyabr təkcə hərbi qələbə deyil, həm də millətimizin dirilişinin, varlıq mübarizəsinin, əbədi müstəqilliyinin sübutudur. Bu zəfər o qədər böyük zəfərdir ki, təkcə Azərbaycan xalqına deyil, işğal olan bütün məzlum millətlərə ümid bəxş etmiş, azadlıq mübarizəsinin simvoluna çevrilmişdir.
44 günlük Vətən Müharibəsi xalq-dövlət birliyini bir daha sübut etdi. Həmin günlər dövlətimiz ərazi bütövlüyünü təmin edərək işğalı əbədiləşdirməyə çalışanlara savaş meydanında öz layiqli cavabını verdi. Azərbaycan milləti, Azərbaycan dövləti qaranlıqların ən qaranlıq anında öz parlaq gələcəyini xəyaldan gerçəyə çevirə bildi.
44 günlük mübarizə tarixi millətimizin ən çətin şərtlər altında necə ayağa qalxa biləcəyini göstərən, gələcəyimizə ümid bəxş edən, atdığımız hər addımda dərs almalı olduğumuz bir dövrdür.
Ey Azərbaycan gənci, ayaq basdığın topraqlar əcdadlarının qanıyla sulanıb,
Analar övladlarını, övladlar canlarını verdilər, unutma!
Oxu, oxuduqca öyrən, bilgilən, tanı.
Tanı bu vətəni. Tanı şəhid olanları.
Tanı bu vətəni bu günlərə sapsağlam, dimdik gətirənləri.
Varlığından qürur duy, paylaşma bir qarış toprağını.
Vermə, dünyaları alsan da, bu cənnət vətəni.
Atanın qanıyla yaşıllaşan ağacın sərinliyini, ananın göz yaşlarıyla sulanan toprağın meyvəsini, qardaşlarının canıyla yüksələn bayrağının kölgəsini paylaşma!
Sənin daimi vəzifən vətən toprağını, istiqlalımızı və dövlətimizi qorumaqdır.
Sənin üçün vətən uğrunda ölmək ehtimalı ola bilər; fəqət qorxmaq, əsla!
Bu duyğu və düşüncələrlə “Qarabağ Azərbaycandır!” deyimini tarixə qızıl hərflərlə həkk edən şanlı dastanın qəhrəmanlarını, böyük Azərbaycan xalqı üçün canlarını fəda edən şəhidlərimizi rəhmət və ehtiramla yad edirəm.
Şəhidlərimizin ruhu şad olsun! 8 Noyabr – Zəfər Günümüz mübarək olsun!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























